Ərdoğan Meloni ilə danışdı: gündəmdə bu mövzular var

14-05-2025, 11:24           
Ərdoğan Meloni ilə danışdı: gündəmdə bu mövzular var
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İtaliyanın Baş naziri Corcia Meloni arasında telefon danışığı baş tutub.

Referans xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığında Türkiyə-İtaliya ikitərəfli münasibətləri, regional və qlobal proseslər müzakirə olunub. Prezident Ərdoğan söhbət zamanı Türkiyənin Rusiya ilə Ukrayna arasında gedən müharibənin ədalətli və davamlı sülh yolu ilə bitməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür töhfə verməyə hazır olduğunu bildirib.

O, yaranmış fürsət pəncərəsinin qaçırılmamalı olduğunu və sülhün təmin olunması üçün beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb./globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru