Meksika sahillərində güclü zəlzələ olub

Bu gün, 10:57           
Meksika sahillərində güclü zəlzələ olub
Meksikanın qərb sahillərində 5.9 maqnitudalı zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Verilən məlumata görə, yeraltı təkanların episentri La-Krus-de-Loreto şəhərindən 295 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.