Mərkəzi Bank lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək

14-05-2025, 11:44           
Mərkəzi Bank lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyalaşdırmanı elektron qaydada həyata keçirmək üçün xüsusi portal hazırlayıb.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödənişsiz Sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev bildirib.

Onun sözlərinə görə, portalın məqsədi kağız daşıyıcılardan istifadəyə son qoyulmasıdır.

“Lisenziya almaq istəyən təşkilat sənədlərini portala yükləyəcək və AMB onları yoxlayacaq. Sənədlərdə hər hansı çatışmazlıq olduqda, yaxud onlar tam olmadıqda lisenziya üçün müraciət etmək mümkün olmayacaq. AMB və təşkilat arasında yazışmalar və təkmilləşdirmə işləri bu portal üzərindən yerinə yetiriləcək. Bu isə tam elektronlaşma deməkdir. Portalın istifadəyə verilməsi səmərəliliyi artıracaq və bazarın müsbət inkişaşfına təsir edəcək.

Portalın ikitərəfi olacaq. Təşkilat üçün olan hissədə səlahiyyətli nümayəndə gücləndirilmiş elektron imza vasitəsi ilə sənədləri daxil edəcək. Bu, qanunvericiliyə uyğun olaraq yazılı imzaya bərabər olacaq. Hazırda bu proses yekunlaşmaq üzrədir və qısa zamanda onun real rejimdə istifadəsinə başlayacağıq”, – deyə AMB rəsmisi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru