Gəncədə müəllim onlayn dərs üçün ödəniş tələb edir? - AÇIQLAMA

2-04-2020, 18:10           
Gəncədə müəllim onlayn dərs üçün ödəniş tələb edir? - AÇIQLAMA
Gəncə şəhər sakini 30 saylı məktəbin müəllimindən şikayətçidir.

Oxu.Az xəbər verir ki, bu barədə redaksiyamıza ünvanlanan şikayətdə bildirilir.

Valideyn iddia edir ki, Gəncə şəhər Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbin müəllimi Aynur Qürbətova mövcud vəziyyətlə bağlı məktəbə gedə bilməyən şagirdlərə pullu hazırlıq (məşğələ) keçməyi təklif edib.

Məsələ ilə bağlı Gəncə şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, A.Qürbətova onlayn dərs keçmir:

“Müraciət etdiyiniz məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, adı çəkilən Aynur Qürbətova Gəncə şəhər 30 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. Aynur Qürbətova dərslər dayandırıldıqdan sonra şagird və ya valideynlərdən hər hansı bir məşğələ üçün ödəniş tələb etməyib.

Ümumiyyətlə, həmin müəllim onlayn dərs keçmir. Bundan başqa, həmin sinfin valideynləri ilə də əlaqə saxlanılıb. Onlar da onlayn dərs keçirilməsi ilə bağlı hər hansı ödəniş tələb olunmadığını bildiriblər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru