Almaniyada koronavirusdan sağalanların sayı yoluxanları ötdü

12-04-2020, 14:23           
Almaniyada koronavirusdan sağalanların sayı yoluxanları ötdü
Almaniyada epidemiya başlayandan bəri ilk dəfə koronavirusdan sağalanların sayı yoluxanların sayını keçib.

Gununsesi.org xəbər verir ki, bu barədə Robert Kox İnstitutu (Səhiyyə Nazirliyinə tabedir) bildirib.

Məlumata görə, Almaniyada təsdiqlənmiş yoluxma hallarının sayı 120 479 nəfərdir, 60 200 virus daşıyıcısı sağalıb.

Müalicə alan 2 673 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, yoluxanların sayı 57 606 nəfərdir.

Almaniyada koronovirus daha çox Bavariya əyalətində yayılıb. İnstitutun məlumatına görə, burada 32 282 nəfər koronavirusa yoluxub, 786 nəfər həyatını itirib. Şimali Reyn-Vestfaliyada 24 267 yoluxma və 495 ölüm qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru