Azərbaycanda son günlər koronavirusa yoluxanlar danışdı – VİDEO

8-05-2020, 13:33           
Azərbaycanda son günlər koronavirusa yoluxanlar danışdı – VİDEO
Azərbaycan Televiziyası (AzTV) növbəti dəfə koronavirusa yoluxmuş şəxslərin olduğu xəstəxanalardan birindən reportaj hazırlayıb.

Hurriyyet.org xəbər verir ki, xəstəxananın həkimləri Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma hallarının artdığını bildiriblər. Süjetdən görünür ki, bir neçə gün əvvəl eyni xəstəxanadan hazırlanmış reportajda boş olan çarpayılarda artıq koronavirus xəstələri yatırlar.

TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, xəstə axını xəstəxananın qəbul imkanlarını aşarsa, kimin yaşayıb, kimin öləcəyi barədə qərar vermək məcburiyyətində qalacaqlar.

COVID-19-dan sağalmış Almaz Ağayeva isə deyib ki, həkimlərin səyi nəticəsində həyata yenidən göz açıb. O, yaşı çox olduğundan, koronavirusdan sağalacağına ümidsiz olsa da, özünü şanslılardan hesab edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru