Azərbaycanın 3 ən yaxşı bankı - ADLAR

13-05-2020, 00:00           
Azərbaycanın 3 ən yaxşı bankı - ADLAR
YENİ “26-LAR” (güllələnmədən yayına biləcək ən təhlükəsiz 3 bank hansılardır?)

“AGBank”ın və “NBC Bank”ın bağlanması ilə ölkədə 26 bank qaldı. 100 il sonra yeni “26-lar”! Bank sistemimizin acınacaqlı vəziyyətini və Mərkəzi Bankın hətta real və işlək korporativ bank olan (Cənab Prezidentin çağırışına əsasən biznes kreditləri verən) “AGBank”ı da məhv etməsini nəzərə alaraq, bu qənaətə gəlmək olar ki, bu “26-lar” da güllələnməyə məhkumdur. Necə ki, 1918-ci ildə ilk “26-lar” güllələnmişdi. Amma 2009-cu ildə sökülən məzardan cəmi 23 cəsəd çıxdı. 3 nəfər yox idi. Ehtimal odur ki, onlar heç güllələnməmişdi də. Yəqin xüsusi əhəmiyyət kəsb ediblər ki, onlara aman veriblər.

Bank sistemində də xüsusi əhəmiyyətli banklar var. Sistem əhəmiyyətli banklar. Elman Rüstəmovun təbiri ilə desək, «слишком большой, чтобы утонуться». Buna görə də o, sahibkarlara faktiki tövsiyə etdi ki, məhz onlarla işləsinlər. Düzdür, baş bankir həmin bankların adını çəkmədi.

Hər bir halda 3 ilk yeri tutanların adı məlumdur. Həm kapital, həm aktivlər, həm də digər maliyyə göstəricilərinə görə digər 23 bankı xeyli geridə qoyan 3 bank: “Azərbaycan Beynəlxalq Bankı”, “Paşabank” və “Kapital Bank”. Yeni “26-lar”ın güllələnməyəcək üçlüyü! Bank seçəndə nəzərə alın...

Əkrəm Həsənov

Hüquqşünas












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.