12 bankın qeyri-faiz gəlirləri azalıb - SİYAHI

13-05-2020, 08:48           
12 bankın qeyri-faiz gəlirləri azalıb - SİYAHI
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 12-nin bu ilin I rübündəki qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Bunlar "Bank BTB", "Bank Avrasiya", "Premium Bank", "Express Bank", "Yapı Kredi Bank Azərbaycan", "NBC Bank", İran Milli Bankının Bakı filialı, "Unibank", "Yelo Bank", "AGBank", "Azərbaycan Sənaye Bankı" və "Access Bank"dır.
Ən çox azalma "Access Bank"da (89,5%), ən az azalma isə "Bank BTB" də (2,9%) qeydə alınıb.

1 bank - "Bank VTB Azərbaycan" bu ilin yanvar-mart aylarında qeyri-faiz zərəri ilə üzləşsə də, ötən ilin yanvar-mart aylarında qeyri-faiz gəlirləri əldə edib, 1 bank - Pakistan Milli Bankının Bakı filialı isə bu ilin I rübündə qeyri-faiz gəlirləri əldə etsə də, ötən ilin I rübündə qeyri-faiz zərəri ilə üzləşib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 14 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika "Xalq Bank"da (2,8 dəfə), ən aşağı dinamika isə "AFB Bank"da (0,9%) qeydə alınıb.

5 bankın qeyri-faiz gəlirləri 7 milyon manatdan çoxdur

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu ilin I rübündəki qeyri-faiz gəlirləri 7 milyon manatdan çox olub.

Bunlar "Kapital Bank" (48 milyon 431 min manat), "Azərbaycan Beynəlxalq Bankı" (33 milyon 245 min manat), "PAŞA Bank" (24 milyon 699 min manat), "Xalq Bank" (7 milyon 880 min manat) və "Bank Respublika"dır (7 milyon 303 miln manat).

Qalan 23 bankdan 16-da qeyri-faiz gəlirləri 1-7 milyon manat arasında, 6 bankda 1 milyon manatdan azdır, 1 bank - "Bank VTB Azərbaycan" isə 738 min manat məbləğində qeyri-faiz zərəri ilə üzləşib.
"Renkinq"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.