64 nəfərdə koronavirus aşkarlanan rayonla bağlı YENİ XƏBƏR
17-05-2020, 00:00
Yevlaxda koronavirus infeksiyasına yoluxma hallarında artım olması adiyyatı qurumların işini daha da sürətləndirib.
Yeniavaz.com xəbər verir ki, rayon ərazisində virusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin aidiyyəti sturukturları, o cümlədən Sanitar Gigiyena və Epidemiologiya Mərkəzi, Dezinfeksiya Stansiyası, kommunal xidmət müəssisələri müəyyən edilmiş qrafik əsasında fəaliyyətlərini davam etdirirlər. Tofiq Ələkbərov-Sanitar Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri bildirib ki, son iki gündə şəhər mərkəzindəki 34 küçə, 30 yaşayış, 36 inzibati binada dezinfeksiya işləri aparılıb. Səhər və axşam saatlarında isə prospekt və küçələr ağır tonnajlı su çiləyici maşınlarla xüsusi maddələrlə yuyulur.
Mövcud vəziyyətin ciddiliyini nəzərə almayan, qoruyucu vasitələrdən istifadə etməyən sakinlərə polis əməkdaşları və könüllülər təbliğat xarakterli söhbətlər etməklə maska paylayıblar. Əhalinin daha çox üz tutduğu bank və poçt şöbələrində sakinləri ara məsafəsi saxlamağa və növbəlilik prinsipinə əməl etməyə çağırıblar. Tədbirlər rayon ərzisində davam etdirlir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Yevlaxda 64 nəfərdə koronavirusa yoluxma halı qeydə alındığını bildirmişdi.