Dezinfeksiya üçün bu vasitələrdən istifadə etməyin - Koronavirusu öldürmür

22-05-2020, 01:49           
Dezinfeksiya üçün bu vasitələrdən istifadə etməyin -
Koronavirusdan qorunmaq üçün ilk növbədə əl gigiyenasına diqqət edilməlidir. Əlləri tez-tez su və sabunla yumaq və ya bu mümkün olmadıqda spirtli antiseptiklə silmək lazımdır. Bildiyimiz kimi, spirt (65%-dən yuxarı) koronavirusu məhv edir.
Teref.az xəbər verir ki, bunun üçün əlləri və ya istənilən səthləri spirtlə silmək lazımdır. Lakin burada bir nüans var – spirt səthlərin və ya əllərin üzərində 30 saniyə və bundan çox qalmalıdır. Yalnız bu halda koronavirus məhv olur. Əllərin üzərində koronavirusu tam məhv etmək üçün 3 ml spirt tələb olunur. Bu miqdar təxminən 1 ovucun içidir.

Tanınmış pediatr Yevgeni Komarovskiy çox maraqlı eksperiment aparıb. Həkim aşkar edib ki, pulverizatoru olan antiseptiklər heç bir işə yaramır. Komarovskinin sözlərinə görə, koronavirusun məhv edilməsi üçün lazım olan 3 ml-i əldə etmək üçün pulverizatora 27 dəfə (!) basmaq lazımdır. Bunu isə təbii ki, heç kim etməyəcək. Bu səbəbdən həkim belə antiseptiklərdən istifadə etməyi tövsiyə etmir. /Saglamolun.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru