Koronavirus xəstələri üçün zərərli dərmanlar - Alimdən xəbərdarlıq

26-05-2020, 01:49           
Koronavirus xəstələri üçün zərərli dərmanlar - Alimdən xəbərdarlıq
Virusoloq Nadejda Jolobak koronavirus xəstələri üçün hansı preparatların zərərli olduğunu açıqlayıb.

Bu barədə “Veçernyaya Moskva” qəzeti yazıb.

Virusoloqun sözlərinə görə, bəzi COVID-19 xəstələri adi soyuqdəymə zamanı istifadə olunan preparatlardan (“ibuprofen”, “aspirin”, “voltaren”, “diklofenak” və “naproksen”) istifadə edirlər. Bu isə tamamilə yolverilməzdir.

Fransa və İtaliyadan olan tədqiqatçıların təcrübəsi sözügedən preparatların orqanizmdə virus üçün daha münbit şərait yaratdıqlarını göstərib.

Dərmanlar koronavirus üçün faydalı mühit yaradır və nəticədə, ağciyərlərə nüfuzetmə asanlaşır, bu da iltihab prosesinə, pnevmoniyaya səbəb olur, habelə alveolları zədələyir.

Virusoloq həmçinin koronavirusun müalicəsi zamanı “paratsetamol”dan istifadə etməməyi məsləhət görüb. O qeyd edib ki, sözügedən dərmanın qəbul edilməsinin nəticələri gözlənilməz ola bilər. Bu preparatın COVID-19-a təsiri hələlik tam öyrənilməyib.

N.Jolobak, eyni zamanda koronavirus xəstələri üçün ağrıkəsicilərin də zərərli olduğunu vurğulayıb.

“Əsas şərt budur: yüksək temperaturunuz varsa, təcili şəkildə həkimə müraciət edirsiniz və özünümüalicə ilə məşğul olmursunuz”, - deyə ekspert bildirib.//oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru