Ukrayna beynəlxalq uçuşları bərpa edir - Bu tarixdən

28-05-2020, 07:50           
Ukrayna beynəlxalq uçuşları bərpa edir - Bu tarixdən
Ukrayna karantindən çıxış planına uyğun olaraq, iyunun 15-dən etibarən beynəlxalq uçuşları bərpa edəcək. Eyni zamanda Ukraynaya gələn hər kəs 14 gün ərzində özünütəcrid qaydalarına riayət etməli və ya müvafiq müşahidə altında qalmalıdır.

Bu barədə brifinqdə Səhiyyə naziri Maksim Stepanov məlumat verib. Onun sözlərinə görə, , hazırda avtomobil nəqliyyatı ilə Ukraynaya daxil olmaq və Ukraynadan çıxmaq mümkündür.

“Əgər siz avtomobillə Belarusa və ya Avropa İttifaqı ölkələrinə getmək istəyirsinizsə, artıq bunun üçün icazə tələb olunmur. Bundan əlavə, biz əgər aviauçuşlar barədə danışırıqsa, onlar karantindən çıxış planına uyğun olaraq iyunun 15-dən etibarən bərpa ediləcək. Lakin mən onu xatırlatmaq istəyirəm ki, Ukraynaya qayıdarkən hər bir kəs müəyyən edilmiş normalar çərçivəsində özünütəcrid qaydalarına riayət etməlidir. Bununla yanaşı, onlar “Дій вдома” proqramına qoşularaq 14 gün özünütəcrid şəraitində qalmalıdılar”, - deyə nazir bildirib.(Ukrayna)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru