Alimlər insanda alkoqolizmin 29 genetik səbəbini aşkarladılar

31-05-2020, 18:32           
Alimlər insanda alkoqolizmin 29 genetik səbəbini aşkarladılar
Neyrobioloqlar insanlarda alkoqolizmə meyli artıran 29 gen variantları aşkarlayıblar.

“Report” “Nature”a istinadən xəbər verir ki, araşdırmanı ABŞ-ın Yel Universitetinin alimləri aparıb.

Həmin genlərin bəzilərinin depressiya və təşviş kimi psixi pozuntularla ortaq əlaqələri var.

Alimlər hər gün alkoqol içki qəbul ednə 435 min nəfərin göstəricilərini araşdırıblar. Onların əksəriyyəti Avropa əsilli şəxslər olub.

“Yeni göstəricilər alkoqolun qəbulu ilə əlaqəli məlum olan genetik risk lokuslarından 3 dəfə çoxdur”, - araşdırmanın başçısı Coel Gelernter bildirib.

Bütün aşkarlanmış risk faktorları sadəcə beyin səviyyəsində deyil, həm də bioloji requlyasiyaya cavabdeh olan genom sahəsində irsi keçir. Sadə sözlərlə desək, bunlar insanın “kod”una quraşdırılıb. Bu deməkdir ki, bəşəriyyət çətin ki alkoqolizmin kökünü kəsə biləcək.

Bununla belə, alimlər bu göstəricilərdən gen səviyyəsində asılılığın inkişafı riskini müəyyənləşdirmək üçün testin hazırlanmasında istifadə edə biləcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru