ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdir"

Bu gün, 11:38           
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdir"
Ermənistanla Azərbaycan arasında sülh sazişi Mərkəzi Asiya üçün mühüm geosiyasi əhəmiyyətə malikdir.

TEREF "Report"a istinadla xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Montana ştatından olan respublikaçı senator Stiv Dayns bildirib.

Onun sözlərinə görə, ABŞ-nin əleyhdarları Vaşinqtonun Mərkəzi Asiya ölkələri ilə gücləndirilmiş qarşılıqlı əlaqəsinə xələl gətirməyə çalışır.

"Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sıçrayışlı sülh sazişinin Mərkəzi Asiya üçün mühüm geosiyasi təsirləri var", - siyasətçi vurğulayıb.

Dayns ABŞ-nin real sərmayələrini və daha sıx əməkdaşlığı nəzərə alaraq, "əvvəlki administrasiyanın səhifəsini çevirdiyi" məsələsinə toxunub. O həmçinin ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında möhkəm münasibətlərin qurulmasının Amerikanın milli təhlükəsizliyi üçün çox vacib olduğunu qeyd edib.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evin rəhbəri Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə Bəyannamə imzalayıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar.

Eyni zamanda Tramp Azadlığa Dəstək Aktının 907-ci maddəsinin icrasını dayandıran sənədi imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru