"Marsol" MMC-nin tərəfdaşı olan "Slavyanka"dan daha bir İYRƏNCLİK: Satdıqları sudan... (FOTO)

Bu gün, 10:52           
"Marsol" MMC-nin tərəfdaşı olan "Slavyanka"dan daha bir İYRƏNCLİK: Satdıqları sudan... (FOTO)
"Slavyanka" sularından üfunət iyi gəlməsi ilə bağlı şikayətlər artır

Sözu gedən içməli su barədə müzakirələr aparılır.

32gun.az xəbər verir ki, Toğrul Nəsirov adlı şəxs qeyd edib ki, əvvəllər tez-tez aldığı sudan indi üfunət iyi gəldiyini müşahidə edib:

"Şikayətim Slavyanka suyuyla bağlıdır. Əvvəl çox alırdım, indi isə iki dəfə ardıcıl almışam, sudan üfunət iyi gəlir. Qabdan yox, məhz sudan gəlir. Qrupda başqa bir şəxsin də belə bir paylaşım etdiyini gördüm. (Qabın boş olması suyu başqa yerə töküb iyin məhz sudan gəldiyini yoxlamaq idi)" – deyə o, bildirib.

Nəsirovun sözlərinə görə, oxşar problemlə üzləşən digər alıcılar da sosial şəbəkə qruplarında şərhlər yazıblar.

Xatırlaq ki, şirkətlə bağlı məlumatda "2004-cu ildə təsis edilmiş “Gədəbəy Mineral Suları” şirkəti Gədəbəy dağlarının təbii bulaqlarından əldə olunan suyun istehsalı və satışı ilə məşğul olur. İlk dəfə Slavyanka kəndində yerləşən “Novlu” bulağın suyu “Gədəbəy” və “Slavyanka” markaları ilə istehlakçılara təqdim olunub, daha sonra digər bulaqlardan istifadə edilməyə başlanılıb" deyə bildirilib.

Nizamnamə kapitalı 100 AZN olan “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi Ramil Fərzəliyev Calal Oğludur.

"Slavyanka" brendinin sahibi "Gədəbəy Mineral Suları"-nın 7.6 milyon vergi borcu üzə çıxdı+ "Marsol" MMC ilə tərəfdaş imiş (FOTO)

Onu da bildirək ki, Marsol MMC-nin tərəfdaşlarındandır. "Marsol” MMC-nin sədri isə Tural Mustafayevdir.

Hətta T. Mustafayev həmin tərəfdaşı olduğu şirkətin əsas ofisində də olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru