“Rusiya vergi artımlarını müzakirə edir” – “The Bell”

Bu gün, 09:38           
“Rusiya vergi artımlarını müzakirə edir” – “The Bell”
“Rusiya hökuməti hərbi xərclərə görə artan büdcə kəsiri fonunda əlavə dəyər vergisinin (ƏDV) artırılmasını müzakirə edir”.
Bu barədə “The Bell” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, vergilər mütləq qaldırılacaq.
Mənbələr qeyd edirlər ki, ƏDV-nin artırılması ən çox ehtimal olunan variantlardan biri hesab olunur, sosial əhəmiyyətli kateqoriyalar üçün isə istisnalar olacaq.
Mənbələrdən biri təklif olunan artımla bağlı rəqəmləri adlandırıb – 20%-dən 22%-ə. Digər mənbə əlavə edib ki, mənfəət vergisi və fərdi gəlir vergisinin artırılması da daxil olmaqla, digər variantlar da müzakirə olunur. Mənfəət vergisi dərəcələri artıq 2025-ci il yanvarın 1-dən 20%-dən 25%-ə qaldırılıb. Həmin tarixdən maksimum 22%-lik fərdi gəlir vergisinin mütərəqqi miqyası tətbiq edilib.
Nəşr qeyd edir ki, hələlik yekun qərar yoxdur, lakin mənbələr vergilərin artırılmasına alternativ görmürlər. Nəşr əlavə edir ki, gələn ilin büdcə layihəsi adətən sentyabrın sonunda Dövlət Dumasına təqdim olunur. \\Yeniavaz.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru