"Ona görə kişilər məni çox sevir"

Bu gün, 11:14           
"Ona görə kişilər məni çox sevir"
Tanınmış iş qadını və model Diana Ahadpourun açıqlaması marağa səbəb olub.

O, kişilər tərəfindən çox sevilməsi səbəbindən danışıb.

"Mən yaxşı ana və dostam. Deyə bilmərəm ki, çox yaxşı həyat yoldaşıyam. Çünki sözə qulaq asan deyiləm, həmişə öz bildiyimi edirəm. Tabe olmağı heç sevmirəm. Bəlkə də, kişilər ona görə məni belə sevir. İndiyənə qədər məni heç kim özünə tabe edə bilməyib. Kişilər belə qadınları sevirlər. Ətrafımda çox tabe olan qadınlar gördüm, amma heç biri mənim qədər sevilmədi.

Ərim "Tərəzi" bürcüdür və çox qərarsızdır. Mən də tam əksinə "Qoç" bürcüyəm, çox qərarlıyam. Əvvəl edirəm, sonra fikirləşirəm. O, isə bir işin etməmişdən öncə min dəfə götür-qoy edir. Bu, məni çox yorur və özümdən çıxardır". /Milli.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru