Ermənistan prezidenti: "Rusiya ölkəmizi daha "kiçik qardaş" kimi qəbul etmir"

Bu gün, 11:18           
Ermənistan prezidenti: "Rusiya ölkəmizi daha "kiçik qardaş" kimi qəbul etmir"
"Rusiya artıq Ermənistanı "kiçik qardaş" kimi qəbul etmir, ölkələr arasında tərəfdaşlıq münasibətləri qurulub".

Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına müsahibəsində deyib.

"İndi Rusiya ilə münasibətlər tamamilə başqa cürdür - tərəfdaşlıq münasibətləri var. Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaş münasibəti kimi deyil, sadəcə olaraq tərəfdaşlıq münasibətləridir. Biz son 4 ildə əslində buna nail olmağa çalışmışıq", - deyə Xaçaturyan vurğulayıb.

Prezidentin sözlərinə görə, İrəvan rusiyalı həmkarlarının Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə almasını istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru