"Tatu, qeyri-adi saç düzümü və s. kimi diqqət yayındıran hansısa element təhsil qurumuna daşınmamalıdır"

Bu gün, 09:34           
"Tatu, qeyri-adi saç düzümü və s. kimi diqqət yayındıran hansısa element təhsil qurumuna daşınmamalıdır"
Orta məktəblər məktəb geyimlərinə münasibət birmənalıdır. Elm və Təhsil Nazirliyi tərəfindən də orta ümumtəhsil məktəblərində geyimlə bağlı standartlar var. Bu geyim standartları sosial bərabərsizliyi aradan qaldırır, ümumi birliyi təmin edir və məktəbin ümumi estetik görünüşündə də özünü göstərir. Təhsil müəssisəsi, həm də tərbiyə müəssisəsidir. Təhsil müəssisəsi ictimai mühitdir və burada nümunəvi davranış mütləq şəkildə tələb olunmalıdır. Bu tələb, xüsusilə nizam-intizam baxımından önəm daşıyır.
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, geyimin, hətta təhsil mühitinin keyfiyyətliliyinin təyin olunmasına da xüsusi təsiri var.

“Bu davranış normaları təhsil müəssisələrində isə xüsusilə vacibdir. Dünya təcrübəsində də fərqli yanaşmalar var. Bəzi ölkələrdə kifayət qədər azadlıqlar mövcuddur. Geyimlə bağlı, ümumiyyətlə, məhdudiyyətlər yoxdur. Kifayət qədər özünüifadə azadlığı olan ölkələrdə də tələbə hansısa qeyri-adekvat bir geyimi məktəbdə nümayiş etdirərək özünü ifadə edirsə, bu davranış onun üçün bütün qapıları açmır. Belə bir yanaşma yoxdur. Ümumilikdə, hər bir müəssisənin öz daxili intizam qaydaları var və intizam qaydalarında həm də geyimə olan münasibət böyük şəkildə əks olunmalıdır.

Məktəbin hansı səviyyədə təhsil verməsindən asılı olmayaraq, yəni istər məktəbəqədər təhsil olsun, orta təhsil, orta ixtisas təhsili, peşə təhsili müəssisəsi və ya ali təhsil müəssisəsi olsun bütün mənalarda nümunə olmalıdır.

Tatuaj vurdurmaq, xüsusi saç düzümü və s. kimi diqqəti yayındıracaq hansısa element təhsil müəssisəsinə daşınmamalıdır”-deyə İlqar Orucov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru