Pilotsuz sualtı aparatı "Poseydon"un işə salınma tarixi məlum olub

1-06-2020, 00:09           
Pilotsuz sualtı aparatı "Poseydon"un işə salınma tarixi məlum olub
"Poseydon" sualtı aparatın istismara verilməsi cari ilin payızına planlaşdırılır.

Teref.az seanews.az-a istinadən bildirir ki, işə salma prosesi nüvə sualtı qayığı - "Belqorod"-un göyərtəsində həyata keçiriləcək.

Çoxfunksiyalı nüvə sualtı qayığı "Belqorod", "Poseydon" aparatını işə salmaq üçün "949A-Antey" layihəsindən "09852" layihəsinə keçirilib.

"Poseydon" tipli aparatların daşıyıcısı olan "Xabarovsk" (098531 layihəsi) nüvə sualtı qayığın işə salınması isə yaxın aylarda planlaşdırılır.

Bu qayığın texniki parametrləri rəsmi olaraq hələlik açıqlanmayıb. Bəzi mənbələrə görə, qayığın suya oturumu 10 min ton, sürət həddi 32 uzel, avtonom rejimdə üzmə bacarığı isə 120 gündür. Qayığın işçi heyəti 100 nəfərə qədərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru