"Facebook"un əməkdaşları Mark Zukerberqə etiraz olaraq tətilə hazırlaşırlar

2-06-2020, 05:55           
"Facebook"un əməkdaşları Mark Zukerberqə etiraz olaraq tətilə hazırlaşırlar
“Facebook” şirkətinin bəzi əməkdaşları ABŞ Prezidenti Donald Trampın paylaşımlarının silinməsi ilə bağlı irəli sürülmüş tələbə baş direktor Mark Zukerberqin etiraz etməsinə cavab olaraq virtual tətilə hazırlaşırlar.

APA xəbər verir ki, bu barədə “CNN” özəl mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, şirkətin əməkdaşları tətil edəcəkləri bütün gün ərzində işləməyəcəklərini bildiriblər. Eyni zamanda, kadrlar şöbəsinin tapşırıqları əsasında tətildə iştirak edəcək əməkdaşlara qarşı hər hansı cavab tədbirləri görülməyəcək.

Qeyd edək ki, “Facebook”un yaradıcısı Mark Zukerberq afroamerikalı Corc Floydun polis əməkdaşları tərəfindən öldürülməsi fonunda keçirilən kütləvi etiraz aksiyalarının yatırılması üçün Milli Qvardiya qüvvələrinin Minneapolis şəhərinə göndərilməsinin mümkünlüyü ilə bağlı prezident Donald Trampın yazdığı paylaşımları silməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru