Koronavirusdan ölən 33 tibb işçisi ilə bağlı müəmma davam edir: “Nə baş verdiyini anlamaq mümkün deyil!”

11-06-2020, 00:09           
Koronavirusdan ölən 33 tibb işçisi ilə bağlı müəmma davam edir:
Koronavirusun genişyayıldığı ölkələrdən biri olan ABŞ-da pandemiyaya qarşı mübarizə məqsədi iləciddi addımlar atılmaqda davam edir. Payızda virusun ikinci dalğasının başqaldırma ehtimalını əsas gətirən əlaqədar qurumlar yeni bir dalğaya qarşıehtiyat tədbirləri görmək, qoruyucu maska və avadanlıqların, oksigenbalonlarının və s-nin tədarükünü həyata keçirməyə çalışır. Fəqət bununlayanaşı, pandemiya ilə mübarizədə itkilərin sayı da zamanla artmaqda davam edir.

Moderator.az xəbər verir ki, koronavirusun Birləşmiş Ştatlarda yayılmasından bu günə qədər ABŞ-da xeyli sayda həkim və tibb işçisi buxəstəlikdən vəfat edib ki, onların 33 ilə bağlı məsələ xüsusilə “müəmmalıdır”. Beləki, pandemiyadan dünyasını dəyişən 33 tibb işçisinin koronavirusdan öldüyü təsdiqlənsədə, qoruyucu avadanlıqla təchiz edilən bu şəxslərin virusa necə, hansı şəraitdəyoluxması hələ də sirr olaraq qalmaqdadır. Vəfat edən şəxslərlə bağlı aparılanaraşdırmalar onların hər zaman ehtiyatlı davrandığını, bütün hallarda qoruyucuvasitələrdən istifadə etdiyini təsdiqləyir. Belə olan halda onların virusa necəyoluxduğu mütəxəssislər üçün də sirr olaraq qalmaqdadır.

Məsələ ilə bağlı açıqlamaverən əlaqədar qurumlar açıq şəkildə etiraf edib ki, "bu işçilərin bu xəstəliyinecə aldıqlarını anlamaq heç birimiz üçün mümkün deyil". Həmçinin qeydolunub ki, "bizi təhlükə altına alan kadrlar sadəcə faktlarla başadüşülmür".

33 nəfərlik tibbi heyətin ölümü ilə bağlı müəmmalar davam etdiyi bir zamanda, yetkililər həkim heyətininmaksimum şəkildə qorunmasının vacibliyini vurğulayıb. Onların fikrincə, ölkəninyeni dalğaya davamlılığı məhz tibbi heyətin gücündən asılı olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.