Gömrük Hospitalı bağlanır: Orqan köçürülməsi dayanırmı? - Mircəlal Kazımidən açıqlama

11-06-2020, 08:03           
Gömrük Hospitalı bağlanır:
Bu gündən Mərkəzi Gömrük Hospitalı xəstə qəbulunu dayandıraraq, pandemiya xəstəxanasına çevrilir. Hospitalın nə vaxta qədər karantin xəstəxanası kimi fəaliyyət göstərəcəyi isə məlum deyil.
Bu hospitalda Azərbaycan tibbinin ən vacib qollarından biri olan Transplantologiya şöbəsi fəaliyyət göstərirdi.
Bəs bundan sonra təcili orqan köçürülməsinə ehtiyacı olan xəstələrin aqibəti necə olacaq?
Teref.az xəbər verir ki, bu barədə Transplantologiya şöbəsinin rəhbəri, cərrah transplantoloq Mircəlal Kazımi Medicina.az-a açıqlama verib. Şöbə rəhbərinin sözlərinə görə, hazırda transplantologiya şöbəsi və komandasının başqa klinikaya köçürülməsi barədə müzakirələr gedir:
“Orqan transplantologiyası dövlət üçün paritet məsələlərdən biridir. Bu əməliyyatları tam saxlamaq olmaz. Pandemiya ilə bağlı son aylar biz onsuz da yalnız təcili hallarda əməliyyatlar edirdik. Bu, bütün dünyada belədir.
Ölkəmizin koronavirusla mübarizəsinə Gömrük Hospitalının qoşulması gözlənilən idi. İndi əsas problem koronavirusdur. Amma düşünmürəm ki, orqan köçürülməsinə ehtiyacı olan xəstələr ciddi problem yaşayacaq. Biz yaxın 1 həftədə fəaliyyət göstərəcəyimiz klinikanı açıqlayacağıq”.
M.Kazımi hazırda hospitalda əməliyyat olunmuş xəstənin qalmadığını, hamısının ambulator müşahidəyə göndərildiyini də bildirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.