Koronavirus məlum olduğundan 4 qat az öldürür - YENİ ARAŞDIRMA

12-06-2020, 00:05           
Koronavirus məlum olduğundan 4 qat az öldürür - YENİ ARAŞDIRMA
ABŞ-ın Stanford Universitetinin tədqiqatçıları ölkələrdə yeni növ koronavirusun ölüm səviyyəsini araşdırıb. Tədqiqatlar nəticəsində koronavirusun ölümcül xüsusiyyətinin iqlim və ölkə əhalisinin yaşama xüsusiyyətlərindən asılı olduğu ortaya çıxıb.

Moderator.az xəbər verir ki, aparılan tədqiqat nəticəsində virusdan ölüm hallarının orta hesabla 0,25 faiz olduğu qənaətinə gəlinib. Bu isə o deməkdir ki, virusa yoluxan hər 400 nəfərdən yalnız 1 nəfər dünyasını dəyişir.

Universitetin epidemioloqu Con İoanadis yoluxmanın həqiqi dərəcəsini tapmaq üçün ən yaxşı yol hesab olunan antikor tədqiqatlarının aparıldığını bildirib.

Təhlil olunan nümunələrdə antikor sıxlığı çox olan ölkələrdə ölümcül virusun təsirinin az olduğu və ən aşağı ölüm nisbətinin 0,02 faizlə Yaponiyada qeydə alındığı ifadə edilib. Sözügedən ölkədə təxminən 41 min yoluxma və 10 ölüm halının baş verdiyi açıqlanıb.

Ən yüksək ölüm nisbəti isə 0, 86 faizlə İtaliyanın Milan şəhərində qeydə alınıb. Şəhərdə 170 min yoluxma və 45 min ölüm halı yaşanıb.

Qeyd edək ki, pandemiyaya yoluxma dünyada 7 milyon 500 minə çatıb. Hal-hazırda virusun yeni növü 419 mindən çox insanın ölümünə səbəb olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.