Azərbaycan millisinin FİFA reytinqində yeri müəyyən olub, Rusiyada COVID-19-dan ilk dəfə "qanuni oğru ölüb", Harry Potter-in müəllifi translar haqqında tvitinə cavab verir

12-06-2020, 00:02           
Azərbaycan millisinin FİFA reytinqində yeri müəyyən olub, Rusiyada COVID-19-dan ilk dəfə "qanuni oğru ölüb", Harry Potter-in müəllifi translar haqqında tvitinə cavab verir
Azərbaycan millisinin FİFA reytinqində yeri müəyyən olub, Rusiyada COVID-19-dan ilk dəfə "qanuni oğru ölüb", Harry Potter-in müəllifi translar haqqında tvitinə cavab verib, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Azərbaycan Dünya FİFA reytinqində 114-cu yerdədir

Dünya futbolunu idarə edən FİFA milli komandaların reytinqini dərc edib.

Burada Azərbaycan yığmasının əvvəlki redaksiya ilə müqayisədə yeri dəyişməz qalır. 1177 xal toplayan Azərbaycan 114-ci yerdə qərarlaşıb.

Cədvəlin ilk sətirini Belçika zəbt edib, Braziliya üçüncü yerdədir. Ondan sonra İngiltərə millisi gəlir.

Türkiyə 29, Rusiya 38, Gürcüstan 91 və Ermənistan 102-ci pilləni tutur.

Dünya reytinqinin tərtibində xalların sayı, rəqiblərin gücü və matçların əhəmiyyəti kimi amillər nəzərə alınır.

Reytinq, milli komandanın nisbi gücünü və inkişaf dinamikasını qiymətləndirməyə imkan verir.

Rusiyada Covid-19: ölümlə bağlı vəziyyəti "başa düşmək çətindir"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqramın rəhbəri deyib ki, Rusiya səhiyyə sisteminin digər Avropa ölkələrinə bənzərliyi və əhalinin sayını nəzərə alaraq, ölüm səviyyəsinin aşağı olması ilə bağlı vəziyyəti "anlamaq çətindir".

"Əlbəttə ki, ölümlərin sayının təsdiqlənmiş halların sayına nisbətdə çox az olması qeyri-adi haldır," - Mike Ryan bildirib.

Rəsminin qeyd etdiyi kimi, koronavirusa görə ölüm səviyyəsinin aşağı olması testlərin geniş əhatəsilə izah edilə bilər, lakin Rusiya hakimiyyəti ölümlərin hesablanması üçün hansı metodologiyadan istifadə etdiyini göstərməlidir.

ÜST-ün bəyanatına cavab verən Rusiya bildirib ki, ölüm səviyyəsinin aşağı olması statistik manipulyasiya deyil, daha təkmil səhiyyə sistemiylə bağlıdır.

Rusiyada koronavirusla bağlı 6532 ölüm halı qeydə alınıb, hadisələrinin ümumi sayı 500 mini keçib.

Rusiyada COVID-19-dan "ilk dəfə qanuni oğru” ölüb

70 yaşlı Saçino Qeqeçkorinin Sankt-Peterburq şəhərinin xəstəxanasında vəfat etdiyi bildirilir.

Primecrime.ru agentliyinə istinadən Rusiya mətbuatında yayılan xəbərlərə əsasən, Qeqeçkori geniş ictimaiyyətə yaxşı tanış olmasa da, kriminal aləmdə böyük nüfuza sahib "avtoritet sayılıb".

Onun Sankt-Peterburq şəhərində fəaliyyət göstərdiyi qeyd olunur.

Harry Potter-in müəllifi translar haqqında tvitinə cavab verib

Yazıçı Joanne Rowling ötən həftə sonu Twitter-də paylaşdığı mesajında demişdi: "Cinsiyyət həqiqi bir şey deyilsə, eyni cinsdən olanların bir-birinə cazibəsi də yoxdur deməkdir. Əgər cinsiyyət həqiqi bir şey deyilsə, qadınların yaşamaq reallığının üstündən xətt çəkilçiş olur. Mən trans insanları tanıyıram və sevirəm, amma cinsiyyət konseptinin üstündən xətt çəkmək, çoxlarının öz həyatını müzakirə etməsi imkanlarının da üstündən xətt çəkir"

Bu onun anti-trans olmasına dair iddialara gətirib çıxarıb. Bu hətə isə o, keçmişdə məişət zorakılığına və cinsi təcavüzə məruz qaldığını etiraf edib.

Joanne Rowling öz vebsaytında yayımlanan geniş açıqlamada son günlər cəlb olunduğu qalmaqala münasibət bildirib.

Yazıçını transfobiada ittiham edənlər deyir ki, o transgender qadının qadın olduğunu və transgender kişinin kişi olduğunu qəbul edə bilmir.

Onun müəllifi olduğu, onlarla dildə dərc olunmuş Harry Potter romanları bir çox ölkədə bestseller - ən yaxşı satılan bədii əsər adını qazanıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.