Ermənistandakı qədim kəndlərimizin adları – Xəritə

12-06-2020, 00:00           
Ermənistandakı qədim kəndlərimizin adları – Xəritə
Azərbaycan Prezidenti xəritələrdə hazırki Ermənistan ərazisində yaşayış məntəqələrinin və toponimlərin əsl adlarının dərc olunması məsələsinə son vaxtlar dəfələrlə diqqət yetirib. Təəssüf ki, bu yaşayış məntəqələri son iki əsr ərzində tədricən dəyişikliklərə məruz qalıb. Lakin xoşbəxtlikdən xəritələr, sənədlər, folklor nümunələri, ədəbi əsərlər və sair dəlillər qalmaqdadır.

Bununla bağlı Axar.az-a danışan “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri, bu istiqamətdə xəritə tərtib edən İlqar Vəlizadə bildirib ki, onillərdir erməni mənbələri toponimlərimizi təhrif edərək, qondarma adlarla təqdim edir.

“İşğal olunmuş ərazilərdə də toponimlər dəyişdirilib və erməniləşdirilib. Gələcək nəsillər bilməlidirlər ki, Stepanavanlar və Stepanakertlər heç vaxt olmayıb. Stepan Şaumyanın adı onlara XX əsrdə verilib", - deyə müsahibimiz bildirib.

Vəlizadənin sözlərinə görə, Göyçə gölü keçən əsrin 30-40-cı illərinə qədər öz adı ilə adlandırılıb:

“Dəyişikliklərin miqyasına diqqət yetirmək üçün mən bu xəritəni tərtib etdim. Göründüyü kimi, indiki Ermənistanın bütün iri iqtisadi mərkəzlərinin adları azərbaycanlılara məxsusdur. Əcdadlarımız onların gələcək inkişafını və çiçəklənməsini təmin etmək üçün əlverişli marşrutlarda, münbit torpaqlarda qurmuşdu", - deyə politoloq vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru