Neft etibarını itirir: qiymət yenə düşməyə başladı

12-06-2020, 00:05           
Neft etibarını itirir:
Neft etibarlı xammal statusundan uzaqlaşır. Daha bu təbii sərvətə güvənməklə iqtisadiyyat qurmaq olmaz.

Bizimyol.info xəbər verir ki, neftin qiyməti yenə düşməyə başlayıb. Bu gün dünya bazarında 7 faizə qədər düşmə qeydə alınıb. Günün əvvəlində “Brent”in bareli 41 dollardan ucuz təklif olunmurdusa, sutkanın sonuna doğru qiymət 38 civarında var-gəl edir.

Mütəxəssislərdə iyunun 6-da OPEK+ razılaşmasına görə kiçik ümidlər yaranmışdı. Hasilatın azaldılmasının müddətinin iyulun sonuna qədər uzadılması qiymətin bir az yüksələcəyini güman etməyə imkan verirdi. Amma anbarların dolması, qlobal böhrana görə təklifin tələbi üstələməsi özünü göstərir. Neft üçün 40 dollar psixoloji həddini keçmək çox çətindir.

Neftin qiyməti yanvardan – koronavirus yenicə yayılmağa başlayanda eniş vəziyyəti almışdı. Amma təxminən ayyarım ərzində azalma 20 faizi keçməmişdi. Martın 6-da Rusiya ilə Səudiyyə Ərəbistanının razılaşmanı qarşılıqlı pozması neft bazarı üçün faciə ilə nəticələndi. Ərəblər hasilatı çox artırdı, bazarda xeyli xammal toplandı. O vaxtdan bəri neft heç cür özünə gələ bilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.