SOS: Koronavirus sinir sistemini məhv edir

13-06-2020, 08:58           
SOS: Koronavirus sinir sistemini məhv edir
Yeni növ koronavirus bütün sinir sistemi üçün təhlükə yaradır.

Publika.az "Federal" Agentliyə istinadla xəbər verir ki, bu barədə bir qrup amerikalı mütəxəssis məlumat verib.

ABŞ-ın Şimal-Qərb Universitetinin xəstəxanasında müalicə olunan koronavirus xəstələrinin retrospektiv analiziləri göstərib ki, xəstələrin təxminən 50 faizində COVID-19-un nevroloji fəsadları müşahidə edilib. Bu fəsadlar sırasında baş ağrısı və gicəllənməsi, sayıqlığın azalması, diqqət toplamaqda çətinliklər, dad və qoxu bilmənin itməsi, qıcolmalar, insult və əzələ ağrıları kimi simptomlar yer alıb.

Mütəxəssislər hesab edir ki, bu xəstəlik bütün sinir sisteminə, o cümlədən, beyin, onurğa beyni və sinirlərə təhlükə törədə bilər.

Bundan başqa, virus beynin və beyin qabığının birbaşa infeksiyasına yol aça bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru