DAHA BİR ƏSƏD İTTİHAMLARLA ÜZ-ÜZƏ: Suriya prezidentinin əmisi əmlakının qanuniliyini isbatlamalıdır

15-06-2020, 11:35           
DAHA BİR ƏSƏD İTTİHAMLARLA ÜZ-ÜZƏ:
Saymon Huper

“Middle East Eye”, 14.06.2020



Yenixeber.org: Fransanın maliyyə prokurorları 1984-cü ildə özündən yaşca böyük qardaşı Hafiz Əsədə qarşı çevriliş təşkil etmək ittihamı ilə ölkədən çıxarılmış, Suriya dövlət fondlarından yüz milyonlarla dollar mənimsəmiş 82 yaşlı kişini pul yumada ittiham ediblər.

Ötən ilin dekabr ayında Paris məhkəməsində səhhətinə görə iştirak etməyən Rifət Əsəd vergi fırıldaqçılığı, sənədsiz muzdluların işə götürülməsi və çirkli pulların yuyulması da daxil olmaqla, bütün ittihamlarda təqsirkar olmadığını bildirib.

O deyir ki, var-dövlətinin böyük hissəsi Səudiyyə Ərəbistanının mərhum kralı Abdullahın hədiyyələridir.



“Qayıdacağımdan qorxurdular”

Əsəd, həmçinin 2013-cü ildə ilkin şikayətin ölkədə vətəndaş müharibəsinə son qoymaq və keçid hökuməti yaratması ilə əlaqədar müzakirələrdə iştirak etdiyi üçün verildiyini və təşəbbüskarların Suriya müxalifət elementləri olduğunu iddia edir. “Bu insanların niyə məni hədəfə aldıqlarını yaxşı bilirəm. Suriyada hakimiyyəti ələ almaq işində uğursuz olub mənim ölkəyə qayıdacağımdan qorxurdular”.

Məhkəmə əvvəllər Hafiz Əsədin ətrafında bir-birinə qarşı olan amansız düşmənləri, habelə Səudiyyə kral ailəsinin üzvləri və keçmiş Fransa kəşfiyyat rəhbərini iddialarla əlaqəli qalmqalı çılpaqlaşdırıb.

Prokurorlar Əsədin 4 il azadlıqdan məhrum, 10 milyon avro (11.3 milyon dollar) cərimələnmə və bir ev, bir ferma və Paris iqamətgahları daxil olmaqla, ümumi dəyəri 100 milyon dollar olan əmlakının müsadirə edilməsini tələb ediblər.

İşin İspaniya qolu da var. Rifat Əsəd bu ölkədə də pul yuma iddiası ilə istintaqa cəlb olunub və 600 milyon avroya qədər dəyəri olan əmlaka mülkiyyət hüququ dondurulub.

Vəkillər Əsədin mülkiyyətinin qanuni və o zamankı tacdar şahzadəAbdullahın hədiyyəsi olduğunu söyləyiblər. Kral Abdullah Rifat Əsədin yaxın dostu və nikahla qohumu olub, 2015-ci ildə ölümünə qədər on illər boyu Əsədə və ailəsinə səxavətli maddi dəstək verib.

Əsəd həm də 1982-ci ildə minlərlə insanın öldüyü təxmin edilən Hama şəhərində “Müsəlman Qardaşlar”ın liderlik etdiyi qiyamın yatırılması zamanı hərbi cinayətlərdə ittiham olunub.

Rifət Əsəd qırğına görə məsuliyyətini təkzib edib. Vəkilləri bu cür iddiaların istintaqla heç bir əlaqəsi olmadığını söyləyirlər.



Xəzinə və casuslar

Prokurorların istinad etdiyi digər iddialar bir kitabda əks olunub. 1970-ci illərdə kommunist diktatoru Nikolae Çauşeskunun casusu olmuş və Avropada yaşayan şəxsdən başqa, babasının 1975-ci ildə bir mağarada tapdığı antik xəzinəni Əsədini oğurladığı barədə bir suriyalının iddiaları da işə əlavə olunub.

Vəkillər bu iddiaları rədd etməklə bərabər, Əsədi dövlət pullarını oğurlamaqda günahlandıran, lakin fərqli şəkildə ifadə vermiş 2 keçmiş suriyalı yüksək vəzifəli şəxsin öldüyünü əsas gətirərək, onların ifadəsini şübhəyə alıblar.

Onlardan biri, 1972-2004-cü illər arasında Suriyanın müdafiə naziri olmuş Mustafa Tlass prokurorlara bildirib ki, Rifət Əsəd və onun “Müdafiə Briqadaları”nın üzvləri Suriyanın Mərkəzi Bankına zorla daxil olub, Suriya əsginaslarını oğurlayıb və Müəmmər Qəzzafinin Liviyadan göndərdiyi 200 milyon dollar pulu mənimsəyib.

Tlass 2017-ci ildə ölüb və müstəntiqlər məhkəmədə onun ifadələrini fərziyyə olaraq rədd ediblər.



Digər şəxs Hafiz Əsədin keçmiş xarici işlər naziri və 2011-ci ildə Suriyanın müxalifət fraksiyalarına qoşulan vitse-prezident Əbdulhalim Xəddamdır. O, Rifətın ölkəni tərk etməsi üçün qardaşı ilə razılaşdırılmış gizli sövdələşmə çərçivəsində 300 milyon dollar dövlət vəsaiti aldığını iddia edib. Prezident büdcəsindən ayrılan 200 milyon dollar və Liviya tərəfindən Suriyaya verilmiş daha 100 milyon dollar əlavə edilməklə.

Vəkillər mart ayında vəfat edən Xəddamı Əsədin “tarixi rəqibi” adlandırıb və hesabatdakı uyğunsuzluqları qabardıblar.

Kral Abdullahın arvadı şahzadə Hissa Bint Tərad Bin Səttam Ali-Şəlan ərinin Əsədə mütəmadi maddi dəstək və Fransa mülkünü hədiyyə etdiyini təsdiqləyib. Səudiyyə kəşfiyyatının keçmiş rəhbərinin oğlu da.



“Mitterran hərarətlə qarşıladı”

Fransanın DGSE kəşfiyyat xidmətinin keçmiş rəhbəri Alen Şuet də Əsəd və ailə üzvlərinin kral Abdullahdan “əhəmiyyətli maddi yardım” aldıqlarını bildirib.

O, 1980-ci illərin əvvəllərində ölkələrin təhlükəsizlik xidmətləri arasındakı gərginliyi azaltmaq üçün prezident Fransua Mitterranın Əsədi hərarətlə qarşılandığını açıqlayıb.

Şienin ifadələrinə görə, Əsəd “Suriya gizli xidmətlərinin milli ərazilərdə və Levantda Fransanın maraqlarına qarşı zorakı manevrlərinə son qoyub”. Fransaya gəldikdə “göstərdiyi möhtəşəm xidmətləri nəzərə alaraq, prezident Fransua Mitteranın onu ən yaxşı şəkildə qarşılayıb”.

Mitterran 2 il sonra Əsədi Fransanın ən yüksək ordeni olan “Legion d’Honneur”-la təltif edib.

Vəkillər Səudiyyənin Əsədi dəstəklədiyini tam sübut edən 1984-cü ildə Abdullahın imzaladığı 10 milyon dollarlıq bir çek, 2008-2014-cü illər arasında 40 milyon ABŞ dolları məbləğində əlavə bank köçürmələrinə dair dəlil təqdim ediblər.

Əsədin Suriya müxalifət ünsürləri arasındakı ehtimal olunan əlaqələrinin mövcudluğu 2013-cü ilin sentyabrında özünə qarşı ilkin şikayət ərizəsini təqdim edən antikorrupsiya təşviqat qrupu “Sherpa”-nın oynadığı rola əsaslanır.

Vəkillər “Demokratik Dəyişikliklər üzrə Milli Koordinasiya Qurumu”nun sözçüsü Heysəm Mannanın Əsədin iddiasının sübutu olduğunu bildiriblər.

2013-cü ilin noyabr ayında Manna Cenevrədə Birləşmiş Millətlər Təşkilatının müxalifət fraksiyaları ilə görüşü ərəfəsində Rifət Əsədin Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşmək üçün İsveçrədə olduğunu bildirib.

Əsədlə də görüşüb-görüşmədiyi soruşulan Manna deyib: “Mən Rifət Əsəd əleyhinə cinayət işinə başlayan insanlardanam”.

Rifət Əsədin vəkilləri müstəntiqlərə bildirib: “Bu prosesin yeganə məqsədi Bəşər Əsədin hakimiyyətdən getməsi və qardaşı oğluna alternativ olaraq təqdim edilən Rifət Əsədin Suriya siyasətindən uzaqlaşdırılması idi”.

O dövrdə bəzi təhlilçilər Rifətın Suriya müxalifətində yer almaq istədiyini və əsas təşəbbüskarın Səudiyyə kral ailəsi olduğunu irəli sürüblər.

Koronavirusa baxmayaraq, Rifət Əsədin məhkəmə mühakiməsi iyunun 17-də davam etdiriləcək.

Tərcümə: Strateq.az

Facebook-da paylaş












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.