Son bir gündə Moskvada COVID-19-dan 55 nəfər ölüb

16-06-2020, 06:51           
Son bir gündə Moskvada COVID-19-dan 55 nəfər ölüb
Son bir gündə Rusiyanın paytaxtı Moskvada COVID-19-dan 55 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə Koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah bildirib.

Qeyd edilir ki, bununla da paytaxtda koronavirus qurbanlarının sayı 3 386 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu ötüb. Bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 436 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.