Qalaktikamızda 30-dan çox sivilizasiya ola bilər

17-06-2020, 08:53           
Qalaktikamızda 30-dan çox sivilizasiya ola bilər
Süd yolunda 250 min ulduz olduğunu deyən astrofizik əlavə edib ki, mümkün olan mədəniyyətlər 17 min işıq ili (1 işıq ili - 6 trilyon) uzaqlıqdadır və mövcud texnologiya ilə əlaqə yaratmaq mümkün deyil.

Böyük Britaniyanın Nottingem Universitetinin astrofizikləri dünyanın da daxil olduğu Süd yolu kəhkəşanında 30-dan artıq mədəniyyət olduğunu irəli sürüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, universitetin astrofizikləri Tom Vestbi və digərləri maraqlı bir araşdırma aparıblar. Qrupda yer alan astrofiziklərdən Xristofer Konseliç bildirib ki, hazırda qalaktikada bir neçə aktiv sivilizasiyanın olması mümkündür.

Süd yolunda 250 min ulduz olduğunu deyən astrofizik əlavə edib ki, mümkün olan mədəniyyətlər 17 min işıq ili (1 işıq ili - 10 trilyon km) uzaqlıqdadır və mövcud texnologiya ilə əlaqə yaratmaq mümkün deyil.

Tom Vestbinin firkincə isə, digər mədəniyyətlərin kəşfi təkcə fərqli yaşam formalarını müəyyən etməyəcək, eyni zamanda dünyada olan həyatın keçmişi, gələcəyi ilə əlaqəli məlumatlar da verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru