Aprel döyüşlərində ordumuza qarşı Azərbaycanın çörəyini yeyənlər də vuruşub...

18-06-2020, 00:19           
Aprel döyüşlərində ordumuza qarşı Azərbaycanın çörəyini yeyənlər də vuruşub...
2016-cı ilin aprel döyüşlərindəəsgərlərimizə qarşı Azərbaycanın çörəyini yeyənlər də vuruşub.

Moderator.az xəbər verirki, erməni mənbələri aprel döyüşləri ilə bağlı yeni informasiyalaır yayıb. Həmininformasiyalarda Azərbaycan ordusuna qarşı Ermənistan erməniləri ilə yanaşı, 90-cıillərdə Azərbaycanın Sumqayıt, Bakı, Gəncə və s. şəhərlərini tərk edərək Ermənistanaköçən ermənilərin də iştirak etdiyi yer alıb. Məlumata görə, “erməni qaçqınları”Azərbaycan ordusuna qarşı hücum əməliyyatında “xüsusi həvəslə” iştirak edib, “özhaqlarını” silah gücünə arayıblar.

Xatırladaq ki, ErmənistanSilahlı Qüvvələrinin təxribat xarakterli hücumları səbəbi ilə başlayan 2016-cıilin 4 günlük aprel döyüşləri erməni ordusunun darmadağın edilməsi, bir sırastrateji yüksəkliklərin işğaldan azad edilməsi ilə başa çatıb. Azərbaycanordusunun bir həmlə ilə reallaşdırdığı uğurlu hərbi əməliyyat Ermənistanınsiyasi həyatında da ağır böhranla, daxili qarşıdurma ilə nəticələnib. Məhzordumuzun düşmənə vurduğu aprel zərbəsindən sonra Ermənistan ordusunun yüksəkrütbəli hərbçilərinin bir qismi həbs edilib, bir qismi isə vəzifədən azadolunub.

Onu da qeyd edək ki, 90-cı illərdə Azərbaycanı tərk edən ermənilərə qarşı hər hansı zorakılıq sərgilənməyib və onların hamısı ölkəmizi öz istək və arzularına uyğun olaraq tərk ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.