Maska damcıların yayılmasını önləyir, amma...

18-06-2020, 01:11           
Maska damcıların yayılmasını önləyir, amma...
Təkrarlanan öskürək zamanı tibbi maskalar da kömək etrmir

Təkrarlanan öskürək zamanı tibbi maskalar koronavirusdan tam qorunmanı təmin etmir. Kiprin Nikosiya universitetinin alimləri bu nəticəyə gəliblər. Bu barədə xəbəri «EurekAlert» nəşri yayıb.

Mütəxəssislər kompüter modellərinin köməyi ilə maska geyinmiş insanın öskürdüyü və asqırdığı zaman ətrafa tullanan kiçik damcıların yayılmasını izləyiblər.

Məlum olub ki, davamlı öskürək zamanı süzgəcləmə prosesində maska keyfiyyətini itirir. Hətta maskadan istifadə olunduğu halda belə, tüpürcək damcıları öskürək zamanı 1 metr məsafəyə yayıla bilir, maskasız halda isə bu məsafə 5 saniyədə 5,5 metr təşkil edir.

Alimlərin sözlərinə görə, ümumiyyətlə, maska damcıların yayılmasını önləyir, amma infeksiyanın profilaktikasının başlıca üsulu sosial məsafəni gözləmək olaraq, qalır.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.