Daha effektiv deyil – Koronavirus əleyhinə olduğu deyilən dərman ümidləri qırdı

18-06-2020, 09:08           
Daha effektiv deyil –
ABŞ-ın FDA tibbi tənzimləyicisi də xloroxin və hidroksixloroxin preparatlarını COVID-19-un müalicəsi üçün icazə verilən dərmanlar siyahısından çıxarıb.

Ümumdünya Səhiyyə Təşkilatı malyariya əleyhinə hazırlanan hidroksixloroxinin koronavirus əleyhinə sınaqlarını dayandırıb. Sputnik Azərbaycan -yə istinadla xəbər verir ki, bunu müstəqil ekspert Anna Mariya Restrepo bildirib.

Restrepo elan edib ki, dərmanın sınaqlarının dayandırılması qərarı üç parametr əsasında qəbul edilib. Bura ÜST-nin dərmanla bağlı məlumatları və Böyük Britaniyada keçirilən testlər daxildir. ÜST ekspertləri artıq dərmanın sınaqlarının dayandırılması prosesini işə salıblar.

Bundan əvvəl ABŞ-ın FDA tibbi tənzimləyicisi də xloroxin və hidroksixloroxin preparatlarını COVID-19-un müalicəsi üçün icazə verilən dərmanlar siyahısından çıxarıb.

Qeyd edən ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp koronovirusdan qorunmaq üçün hidroksixloroxin qəbul etdiyini açıqlamışdı. Amma bir çox araşdırmalar onun effektiv olmadığını göstərmişdi. Tramp isə bu araşdırmaların nəticəsini tənqid etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.