Azərbaycanda koronaviruslu xəstələri bu yolla xilas etmək olar - VİDEO

19-06-2020, 09:48           
Azərbaycanda koronaviruslu xəstələri bu yolla xilas etmək olar - VİDEO
Plazma üsulu ilə müalicə alan koronaviruslu xəstələrin səhhətində irəliləyiş var.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

Onun sözlərinə görə, bir neçə müddətdir ki, ölkəmizdə koronavirusa yoluxmuş xəstələrin müalicəsində plazma üsulu tətbiq edilir. Bu müalicə üsulu müsbət nəticə verir.

Amma təəssüflər olsun ki, bu xəstəlikdən sağalmış xəstələrdən plazma üçün müraciət edənlərin sayı olduqca azdır.

Valeh Hüseynovun sözlərinə görə, ölkəmizdə 6 mindən çox COVID-19-dan sağalmış insan var. Amma onlardan cəmi 12 nəfər plazma vermək üçün müraciət edib.

Həmin insanlardan alınmış plazmalardan 36 xəstənin müalicəsində istifadə edilib. Bu günə qədər isə 41 vahid ümumi plazma üsulundan istifadə edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru