Dünya sivilizasiyasının “kor bağırsağı” - “erməni səhifəsi”

20-06-2020, 00:08           
Dünya sivilizasiyasının “kor bağırsağı” - “erməni səhifəsi”
“Ön Asiyada Türk-müsəlman dövlətlərinin inkişaf etmiş sivil iqtisadi-siyasi və maddi-mədəni səviyyəsinə (mərhələsinə), eləcə də əhalisinə qarşı xristian dünyasının (əsasən Qərbi Avropanın) birləşmiş hərbi-cəngavər qüvvələri tərəfindən amansız qətliam-soyqırım faciələrinin törədilməsi xahişi ilə Bizans imperatoru I Aleksey Kamnin (1056-1118) Roma papası II Urbana rəsmi müraciətindən:
- Biz birlikdə yeni yaranan xristian dini yayılan ərazilərdə yad dildə danışanlardan öz hakimiyyətimizi qorumalıyıq”.

Hay kilsəsinin təşkilatçılı ilə ibtidai hay sürüsünün (şüurunun) müsəlman-türk dünyasına qarşı yönəlik soyqırım (düşmənçilik) siyasətinin ideoloji istiqamətləri, yüzilliklər ərzində olduğu kimi, son illərdə də Qriqor Bəyləryanın “Ermənistan dünyası və ona bitişik regionların atlası” kitabının I cildində (2020), eləcə də digər müəlliflərin əsərlərində (Moskva şəhəri, Provaslav müqəddəs Tixonov Humanitar Universitetinin “Xəbərlər” toplusunda (2016-cı il, III hissə, 4 (49)-cü nömrə, səhifə 9-23) tarix elmləri doktoru V.A.Arutyunova-Fidanyanın “Ermənistanın xristianlaşdırılması sivilizasiya yolunda” məqaləsi; İrəvan şəhərində çap edilən “Ermənistan Respublikası” qəzetinin baş redaktoru V.M.Aloyanın “Erməni sivilizasiyasının Van, Urmiya və Göyçə gölləri “üçbucağında” təşəkkül tapması “ barədə (2018) “Qədim Ermənistan” (e.ə. XIII əsrdən eramızın VI əsrinədək) yazısı...) kəskinliyi ilə ifadə olunur.

Daha sonra, ibtidai (korazehin) hay sürüsünün başqa nümayəndəsi, London şəhərində erməni elmi-mədəni təşkilatının (“Armenian İnstitute”) əsasını qoyan və özünü “xəritəşünas” adlandıran Ermənistan EA-nın fəxri doktoru Ruben Qaliçyan isə (“Ermənistan dünya kartoqrafiyasında” (2005, 2015); “Tarixin mifləşdirilməsi” (2009); “Ermənistanın tarixi xəritələri” (2009); “Azərbaycanın tarixi-coğrafi saxtakarlığı” (2013)... uydurma “kitabları”nın müəllifi) etno-morfoloji hay həyasızlığı ilə bildirib ki, biz dünya sivilizasiyasının yeganə mərkəzi kimi 2600 il əvvəlki adımızı olduğu kimi saxlamışıq (“erməni dövləti” kimi).

Amma nədənsə, yuxarıda adı çəkilən V.M.Aloyanın yazısına əlavə edilmiş e.ə. IX-VI əsrlərə aid xəritədə “erməni” toponimi yox, “Urartu” sözü yazılıb.

“Erməni dağlıq yaylası” kimi saxta, uydurma toponim yaradan haylar qədim Urartu dövlətinin (e.ə. II əsrdən eramızın VI əsrədək) tarixi-coğrafi ərazisini “qədim erməni sivilizasiyasının” mərkəzi olaraq dünyaya tanıtmağa cəhd göstəriblər. Urartu (Biayni) dövlətinin ərazisinə e.ə. II minillikdə Şərqi Afrikadan və Balkan yarımadasının cənub-şərqindən (əsasən Frakyadan) miqrasiya etmiş protohay tiqran, tiqr, tiqrau, nairi qəbilə-tayfa üzvlərinin etnogenezisinə yerli, dominant xalqların (şumerlərin, akkadların, ərəblərin, elamların...) təsiri, sonrakı mərhələdə isə hay sürüsünün etno-fizioloji formalaşmasında da böyük rolu olub.

Məhz sovet-rus tarixçisi və şərqşünas alimi, tarix elmləri doktoru İ.M.Dyakonov (1915-1999) “Qədim erməni xalqı” əsərində (1968) göstərir ki, müasir ermənilərin etno-morfo genezisində e.ə. II minilliyin sonu-I minilliyin əvvəlində (e.ə. 1 Frakyadan Şərqə doğru (Kiçik Asiyanın doğu hüdudlarına, Fərat çayının yuxarı axarlarına) yerli tayfalarla yanaşı, hətta miqrasiya etmiş myus tayfasının da təsiri olub və onlar sonrakı mərhələdə Urartu dövləti ərazisində Arme vilayətində Alzi cəmiyyəti yaradıblar.

1982-ci ildə Moskva şəhərindəki “Ali məktəb” nəşriyyatında Moskva Dövlət Universitetinin professorları, tarix elmləri doktorları Y.V.Bromleyin (1921-1990) və Q.E.Markovun (1923-2018) redaksiyası ilə işıq üzü görən “Etnoqrafiya” kitabının “Qərbi Asiya” fəslində (səhifə 61-77) qeyd edilir ki, Babil qədim sivilizasiya ocağı İkiçayarası ərazilərini, Dəclə və Fərat çaylarının yuxarı hövzələrini, Şərqi Aralıq dənizi sahillərini əhatə edən dövlətlər (Finikiya, Şumer, Babil, Akkad...) və xalqlar (finikiyalılar, şumerlər, ərəblər, yəhudilər, aramilər...) tərəfindən yaradılıb. Yəni e.ə. III minilliyin ortalarında semitdilli xalqlar yazılı abidələrinin izlərini qoyublar, akkadlar, şumerlər Babil mədəniyyətinin (təkamül mərhələsinin) yaradıcıları olub, qədim yəhudilər “Bibliya”nı yazıb, finikiyalılar ilk əlifbalarını tərtib edib (sonrakı dövrlərdə ərəb, yunan, latın, kiril əlifbalarının yaranmasında istifadə olunub), arami dili (“Şərqin latın dili”) geniş yayılıb.

Həmin əsərin 64-cü səhifəsində dəyərli elmi nəticə barədə bildirilib ki, Qərbi Asiya (İran dağlıq yaylası, Dəclə-Fərat çaylarının yuxarı hövzələri, Anadolu yaylasının şərq hissəsi) xalqlarının (Hind-Avropa dil ailəsinə aid, semit dil qrupuna mənsub), əksəriyyətinin antropoloji, etno-morfoloji əlamətlərinin formalaşmasında (assimlyasiya prosesində) yerli irqlərlə yanaşı, Afrika qitəsindən köç etmiş qəbilələrin, tayfaların da təsiri olub.

Qatı hay xislətinə uyğun məkrli niyyətlərinin ardıcıl davamı sırasında saxta, uydurma məlumatlarla dolu müxtəlif çar materialları dünyanın kütləvi informasiya mənbələrini dövrü olaraq bürüməkdədir. Adı çəkilən, eləcə də digər hay imzalı nəşrlərdə yer alan informasiyaların reallığa uyğunsuzluğu (guya “hayların qədim dünya sivilizasiyasının mərkəzində olması və ayrı-ayrı ölkələrə bu ocaqdan paylanması” barədə uydurmalarının) digər nəşrlərdə, yazılarda, bir-birini təkzib edən fikirlərlə yanaşı, müsəlman-türk dünyasına (xalqlarına) qarşı dözümsüzlük, barışmazlıq və kin-küdurət də geniş yer tutur. Bu baxımdan İrəvan şəhərinin mərkəzində 2002-ci ildən ekspert-analitik mərkəz kimi fəaliyyət göstərən müstəqil Qafqaz İnstitutunun Henrix Böll (1917-1985, Nobel mükafatı laureatı (1972) alman yazıçısının adına olan) və Analitik mərkəzlərə dəstək Fondlarının maliyyə yardımı ilə 2010-cu ilin dekabr-2011-ci ilin aprel ayları ərzində tədqiq edilən layihə mövzularına nəzər yetirmək kifayətdir. Həmin nəticələr (Qrant Mikaelyanın rəhbərliyi ilə tədqiqatçılar Ani Arutyunyanın, Conni Melikyanın və Luiza Ayvazyanın Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Rusiya və Ermənistan haqqında “analitik” yazıları, 2014-2019-ci illərdə arxeoloji tədqiqatlar aparmış Ermənistan EA-nın Arxeologiya və etnoqrafiya institutunun professoru Boris Qasparyanın “erməni sivilizasiyası” barədə mülahizələri) 2011-ci ilin iyun ayında “Ermənistanda milli müzakirələr” adlı topluda toplanıb. Toplunun 9-cu səhifəsində “Türkiyənin mövcudluğa haqqı yoxdur”, 12-ci səhifədə “Azərbaycanın mövcudluğa haqqı yoxdur”, 32-ci səhifədə isə “Ermənistan-qədim sivilizasiya”... başlıqlı yazıların məzmununu şərh etməyə ehtiyac yoxdur, təkcə bir uydurma faktdan başqa:

”İrəvan şəhəri Romadan qədimdir, erməni sivilizasiyası Babil və Assuriya sivilizasiyası ilə eyni dövrə təsadüf edir”.

Gözüqanlı hay kilsəsi və ibtidai hay sürüsünün “erməni sivilizasiyası” barədə uydurmalarına son dövrlərdə hay verən əcnəbilərdən ABŞ diplomatı (1984-cü ildən 2010-cu ilədək Bəhreyn, Belçika, İraq, Polşa, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Ermənistanda səfir olub) Maykl Qfellerin (“Biz hamımız erməniyik” gen daşıyıcısı) və yaponiyalı sənətşünas, professor Kunito Naqaokanın (uydurma “mixi yazıları vasitəsilə hay əcdadlarını yada salan”) da adlarını çəkmək olar.

Amma nədənsə, Moskva şəhərində 8 cildlik “Ümumdünya tarixi ensiklopediyası” silsiləsindən “OlmaMediaQrup” nəşriyyatında 2006-cı, “Drofa” nəşriyyatında 2008-ci illərdə çar edilmiş “Sivilizasiya mənbələri” kitabında “qədim erməni sivilizasiyası” barədə bir kəlmə də olsun yazılmır...

Və yaxud, mürtəce hay kilsəsi tərəfindən canfəşanlıqla dünyaya yayılan saxta “qədim erməni sivilizasiyası ocağı” kimi sərsəmləmələrin əsassızlığına sübutlardan biri də Rusiya Slavyanları Komitəsinin sədri, hərbi jurnalist-yazıçı N.İ.Kikeşevin (1946) “Avrasiya tarixi.Mənbələr.Fərziyyələr.Kəşflər” əsəri (2019) ola bilər.

Bəşər cəmiyyəti tarixinin təkamülü mərhələləri yaşanmış ictimai-iqtisadi və sosial-mədəni inkişaf dövrlərini birləşdirsə də, xüsusi və ayrıca yüksək inkişaf səviyyəsi ilə fərqlənən xalqların (dövlətlərin) bütün sahələrdə sivil-mədəni cəmiyyətləri bütövlükdə dünya iqtisadi-mədəni tərəqqisinin əsasını təşkil edir. Ona görə də həmin sivil cəmiyyətlərinin hüdudlarından kənarda yaranan cəmiyyətlər məhz sivilizasiya ocaqlarının təsiri ilə siyasi dövlət quruluşlarının, hərbi-strateji məqsədlərinin, iqtisadi-təsərrüfat sistemlərinin, dini və mədəni irs bölmələrinin təkmilləşdirilməsinə və inkişafına nail olublar (Mərkəzi Amerikada, And dağlarında, Göy Türk (Hun)- Saxa-Yaqut hövzəsində, Həbəş dağlıq yaylası və Nil çayı vadisində, İkiçayarası (Babil-Şumer-Akkad) və Anadolu yaylasında (Bizans-Türk), Roma-Yunan və Hind-Çin dövlətləri hüdudlarında).

Bu sırada eramızdan əvvəl IX-VIII minillikdən eramızın XVI əsrinədək davam etmiş dünya sivilizasiya ocaqlarından biri kimi Mərkəzi Amerika (Meksika, Honduras, Salvador, Qvatemala dövlətlərini əhatə edən “qızıl dərili mayyalılar” tərəfindən yaradılan Mayya mədəniyyəti) və And dağları (İnk sivil cəmiyyəti, Çavin, San-Aqustin, Qarakas, Naska, Moçika, Tiuaunako, Tayron, Çimu, Çibça siyasi-iqtisadi və mədəniyyət mərkəzləri) hövzəsi də xüsusilə əhəmiyyətlidir. Tarixi-coğrafi və arxeoloji məlumatlara görə, bu sivilizasiya ocaqlarının təşəkkül tapması eramızdan əvvəl XII-XI minilliklərdə “böyük köç”ə imza atan Göy Türklərin şimala doğru hərəkəti, indiki Yakutiyadan (“Yaqutlar ölkəsi”ndən), Anadır (Anadoğu) bərzəxindən keçməklə (indiki Berinq boğazı) Amerika qitəsinin ucqar şimalından cənuba doğru (15-16 min km məsafədə) yayılması ilə bağlı olub. Ona görə də qitənin kökənli xalqı kimi sonrakı hinduların ulu əcdadları Göy Türk-Yaqut soylulardan hesab edilir.

Eləcə də rus-sovet tarixşünaslığında əsas tədqiqat obyektlərindən biri olan, müasir Rusiya Federasiyasının hüdudlarındakı Yakutiyadan Skandinaviya yarımadasınadək geniş qütbətrafı hövzəni əhatə edən Arktika sivilizasiya ocağının təşəkkülü və inkişafı (eramızdan əvvəl XIV-VI minilliklərdə) da Göy-Ağ Türk soylarınn adı ilə bağlıdır.

Bu barədə görkəmli rus alimi M.V.Lomonosovun (1711-1765) “Rus soykökünün qısa salnaməsi” (1760), “Rus tarixi barədə qeydlər” (2003), “Qədim Rusiya tarixi” (1766) nəşrlərində, Saxa-Yakutiya Respublikasının paytaxtı Yakutsk şəhərindəki Arktika Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun elmi-tədqiqat Qütbətrafı sivilizasiya Mərkəzinin elmi rəhbəri, sosial elmlər doktoru, dosent U.A.Vinokurovanın “Arktika qütbətrafı sivilizasiyası” (Novosibirsk şəhəri, 2016), “Sibirin müqəddəs yerlərinin etnik mənsubiyyəti” (“Mədəniyyət və sivilizasiya” toplusu, 2017, VII cild, səh. 533-545) əsərlərində ... Yakutiya-Arktika sivilizasiyasınn tarixi-arxeoloji və maddi-mədəniyyət aspektləri daha ətraflı təhlil edilir.

Göründüyü kimi, bəşər cəmiyyəti tarixində ayrı-ayrı ərazilərdə yaranmış antik və orta əsrlər dövrü sivilizasiya ocaqlarının mövcudluğundan xəbəri olmayan hay kilsəsinin və hay sürüsünün şüurunun yetərincə məlumatlandırılması üçün yuxarıda qeyd edilən qısa məlumat xülasəsi kifayət dərəcədə yetərli hesab oluna bilər.

Həmin dünya təşəkkül mərkəzlərinin ətraflı məlumatlarla şərhinə növbəti yazılarımızda yer veriləcək.

Qismət YUNUSOĞLU
Bakı Dövlət Universietinin müəllimi
bakixeber












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.