Koronavirus Mediaya inamı 38 faiz azaldıb
21-06-2020, 10:02
Oxford Universitetinin "Reuters" Jurnalistika Tədqiqatları İnstitutu “2020 Rəqəmsal Xəbər Hesabatı”nı yayımlanıb.
Redaktor.az xəbər verir ki, 5 qitənin 40 ölkəsində 80 mindən çox insanın iştirakı ilə aparılan tədqiqat koronavirus böhranının təkcə insan sağlamlığına deyil, həm də xəbər mənbələrinə təsir etdiyini göstərib.
Hesabatda insanların xəbər əldə etmədə hiss etdikləri iki narahatlıq xüsusi vurğulanıb: güvənin olmaması və yanlış məlumat.
2019-cu illə müqayisədə ölkələrdəki orta inam 4%-dən 38%-ə düşüb.
Türkiyə Finlandiya və Portuqaliyadan sonra 55%-lə ən çox xəbərə güvənən ölkə olub. Fransa, Tayvan və Cənubi Koreyada bu nisbət 20%-ə enib.
Sorğuya əsasən, cəmiyyətlərin mediaya az etibar etməsinin səbəbinin pis xəbərçiliyə yox, insanların öz ölkələrindəki qurumlara olan narazılığı ilə bağlı olduğu qənaətinə gəlinib.
40 ölkədən olan respondentlərin 56 faizi internetdəki yanlış və çaşdırıcı xəbərlərin narahatlıq doğurduğunu düşünüb. Bu narahatlığın dünyanın cənub yarımkürəsində daha çox olduğu qeyd olunub. Məsələn, bu nisbət Braziliyada 84 faiz, Keniyada isə 76 faizdir. Bu səviyyənin ən aşağı olduğu ölkələrə Hollandiya, Almaniya və Danimarka da daxildir. Son hadisələr və Çinin müdaxiləsi nəticəsində Honq Konqdakı yanlış və çaşdırıcı xəbərlərə görə narahatlıq səviyyəsi isə 6% artıb.
Sevda Ulutau / Redaktor.az