Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21-06-2020, 11:42           
Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.
Adətən insan zövqü gözəlliyə meylli olur. Amma elə insanlar da var ki, zövqlərini aqressiya, qəzəb müşayiət edir. Zəriflikdən, incəlikdən, həssaslıqdan məhrum olan İlza Kox da məhz bu cür insanlardan olub...

“Buhenvald cadugəri” ləqəbini alan İlza insan dərisindən hazırlanan əlcəklərdən, gödəkçələrdən, suvenirlərdən zövq alıb. Qəddarlığının həddi və sonu görünməyən bu cəllad qadının qarşısında minlərlə cüssəli kişilər tir-tir əsiblər.

Bəzi araşdırmaçılar İlza Koxu bütün dövrlərün və bütün dünyanın ən qəddar qadını adlandırıblar. Maraqlıdır, nasist cəlladına bu titulu hansı əməlləri qazandırıb?

İlza Kox 1906-cı ildə Almaniyada, Drezden şəhərində anadan olub. Uşaqlıqdan çevikliyi və qoçaqlığı ilə fərqlənən İlza orta təhsilini başa vurduqdan sonra şəhər kitabxanalarının birində kitabxanaçı işləyib. 26 yaşında nasist partiyasının üzvü olub. Partiya tədbirlərində özündən 9 yaş böyük olan Karl adlı bir zabitlə tanış olub və çox keçməmiş onunla ailə həyatı qurub.
1937-ci ilin iyun ayında Buhenvald həbs düşərgəsi yaradılanda Karl Kox həmin düşərgəyə komendat təyin edilib. Bu təyinatdan sonra İlza Kox da həyat yoldaşının yanında nəzarətçi vəzifəsinə düzəlib. Keçmiş kitabxanaçı bu vəzifədə özünün bütün güc və potensialını realizə edib.

Kox çütlüyünün amansızlığını hətta öz həmkarları sözlə ifadə etməkdə çətinlik çəkiblər. İlzanın hər gün səhər saatlarında düşərgəni gəzintiyə çıxması növbəti dəhşətli bir hadisə ilə yekunlaşıb. O, xüsusən yaşlı insanlara və hamilə qadınlara işgəncə verməkdən zövq alıb. Gənc kişilərə isə İlza xüsusi “qayğı” göstərib.

Şahidlərin söylədiklərinə görə, o, düşərgəyə gətirlmiş gənc, hündürboylu və cüssəli bir rusa vurulub. Həmin əsirin yaxşı qidalanması və təmizliyi üçün lazımi şərait yaradıb. Bir müddətdən sonra rus əsiri “özünə gəldikdə”, İlza onu yatağına dəvət edib. O isə yarçılpaq vəziyyətdə olan İlzanın bədəninə tüpürərək, “mən kommunistlərin qanını içən bir qadınla yatağa girə bilmrəm” deyərək İlzanın intim təklifini rədd edib.

Bu hadisədən sonra həmin əsir işgəncə kamerasına salınıb. İlzanın göstərişi ilə onun dərisini soymağa başlayıblar. İlza bu səhnəni həvəslə izləyərək rus əsirinə məqsədini açıqlayıb: “Mən sənin dərindən özümə əlcək düzəldəcəyəm və hər dəqiqə sənin “əllərini” bədənimdə hiss edəcəyəm...”

İlza Kox bədənlərində döymə olan əsirləri xüsusi nəzarətə götürüb. Onlara işgəncə verməyə icazə verməyib. Az sonra isə onların dərilərində olan döymə yerlərini soyduraraq həmin hissələrdən suvenirlər düzəltdirib, geydiyi dəri gödəkçələrdə bəzək kimi istifadə edib.

Hədsiz dərəcədə vəhşi ehtirasa sahib olan, həşəri (nimfamanka) İlza üçün bir gündə 5-6 kişi ilə yatağa girmək adi hala çevrilib. Amma bu proses adi halda keçməyib. İlza əvvəlcə onlara işgəncə verdirib, sonra qıcıqlanmaları üçün bədənlərinə aşağı gərginlikdə elektrik enerjisi buraxdırıb. Yataq ortaqlarında onu təmin etməyənlər dərhal vəhşicəsinə qətlə yetirilib.
Həyat yoldaşı Karl Kox da öz növbəsində qadın əsirlərlə eyş-işrətdən özünü məhrum etməyib. Karl Kox bu intim görüşlərin birində siflis xəstəliyinə yoluxub. Düşərgənin həkimi Valter Kremer onu müalicə etdikdən sonra Karl Kox bu sirrin açılmaması üçün həkimi öldürdürüb. Bu hadisə böyük səs-küyə səbəb olub.

Kox cütlüyünün özbaşınalığı haqqında Hitlerə məruzə edilib. 1942-ci ildə fürerin göstərişi ilə Buhenvald düşərgəsində yoxlamalar başlayıb. 1943-cü ildə Karl Kox və İlza Kox ciddi qanun pozuntuları, külli miqdarda yeyinti, düşərgənin bir neçə əməkdaşının öldürülməsi, vəzifədən sui-istifadə faktları ilə ittiham olunaraq həbs ediliblər. Məhkəmə Karl Koxu ən ağır hökmə, ölüm hömünə məhkum edib. 1945-ci ilin aprel ayında hökm icra olunub. İlza Kox isə bu dəfə məsuliyyətdən yaxa qurtararaq azadlığa çıxıb və Lyudvirsburqda yaşayan valideynlərinin yanında məskunlaşıb.

Lakin bir neçə aydan sonra İlza ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən yenidən həbs olunub və o, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkub edilib.

Bir-birini əvəzləyən hadisələr növbəti dəfə yenə də İlza Koxun xeyrinə dəyişib. İlza Kox 1947-ci ildə Almaniyanın işğal edilmiş zonasına təyin edilən yeni komendant, general Lyutsius Kleyə həbsxanadan müraciət ünvanlayıb. O, yazdığı müraciətdə Buhenvaldda olarkən əsirlərin birindən hamilə qaldığını və sonra həyata gətirdiyi körpənin kimsəsiz qaldığını qeyd edərək əfv olunmasını xahiş edib. General Kley İlzanın müraciətinə müsbət münasibət göstərib və onun azadlığa çıxmasını təmin edib.

Generalın “Buhenvald cadugəri”nə mərhəmət göstərməsi beynəlxalq ictimaiyyətdə böyük narazılıq yaradıb. Beynəlxalq qurumların sərt bəyanatları, general haqqında mətbuatda tirajlanan tənqidi məqalələr, Buhenvald düşərgəsinin əsirlərinin yüzlərlə müraciəti İlza Koxu yenidən məhkəmənin müttəhimlər kürsüsünə gətirib. Məhkəmə prosesində 400-dən artıq Buhenvald əsiri İlza Koxun əleyhinə ifadə verib. İlza Kox isə bütün ittihamlara bir cümlə ilə münasibət bildirib: “Mən şeytanın balasıyam və ona xidmət etmişəm...”

İlza Kox 1951-ci ildə yenidən ömürlük həbsxanaya göndərilib.

Sözsüz ki, İlza Kox üçün həbsxana həyatı dözülməz olub. Nə vaxtsa nəzarətçi kimi qəddar və amansız olan İlza, eynilə amansız və qəddar olan həbsxana nəzarətçilərinin əli altında yaşamasını mümkünsüz sayıb.

İlza Kox 1967-ci ildə, 60 yaşı olarkən həbsxanada özünü asaraq intihar edib. İntihardan öncə isə yeganə oğluna kiçik bir qeyd yazıb: “İnsanın yaşamağının mənası itəndə, ölüm yeganə çıxış yolu olur...”

İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.