"İnsanları paytaxtdan buraxmamaq yanlış qərardır"

22-06-2020, 13:08           
"İnsanları paytaxtdan buraxmamaq yanlış qərardır"
"Həm rayonda, həm də Bakıda şəxsi mənzili olanları paytaxtdan buraxmamaq yanlış qərardı. Bəlkə sərtləşdirilmiş karantin sentyabra qədər uzanacaq..."

Dominant.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

Ekspertin fikrincə, insanların rayonlara getməsinə icazə verilməlidir: "Ölkənin coğrafi baxımdan təxmnən, 5%-ni təşkil edən Abşeron yarımadası əhalinin az qala 40%-ni ev sahibliyi edir. İmkan vermək lazımdır, bir az boşalsın. Xüsusən tələbə-şagird övladları olan insanların imtahanlar bitdikdən sonra, ən azı 2 aylıq tətili əyalətlərində keçirmələrinə şərait yaratmaq lazımdır".

R.Ağayev onu da qeyd edib ki, hətta lazımdırsa, bunun üçün də elektron qeydiyyat sistemi qurulmalıdır: "Bakını tərk edən insanlar elektron icazə aldığı gündən, ən azı 30 gün müddətində geri qayıtmayacağına razı olmaq şərtilə elektron portalda qeydiyyata düşübsə, niyə Bakıdan buraxılmasınlar?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru