Karantinin tətbiqi yoluxma sayını azalda biləcəkmi? – AÇIQLAMA

22-06-2020, 13:45           
Karantinin tətbiqi yoluxma sayını azalda biləcəkmi? – AÇIQLAMA
Ölkəmizdə koronavirusa gündəlik yoluxma sayı günbə-gün artmaqdadır.

Yaranmış durum paytaxt Bakı da daxil olmaqla bir sıra ərazilərdə yenidən karantin reiminin sərtləşdirilməsinə gətirib çıxartdı.

Yenidən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sakinlər küçəyə SMS icazəsi ilə çıxır, adıçəkilən ərazilərdə küçələr boşalıb, əksər müsəssiələrin, xidmət sahələrinin fəaliyyəti dayandırılıb ki, bu da ünsiyyətin azalması deməkdir. İki həftəlik karanatin effekt verəcəkmi? 5 iyuldan sonra yoluxma sayında hansı mənzərə müşahidə olunacaq?

Həkim terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlamasında bildirib ki, karantinin sərtləşdirilməsinin effekt verəcəyini düşünür:

“Karantin təcriddir. Təbii ki, karantinin müddəti nə qədər uzun olarsa, insanların bir-biri ilə əlaqəsi azalmış olar ki, nəticədə də yoluxma sayı azalar. Sadəcə olaraq, karantinin tətbiqi də normal şəkildə həyata keçirilməlidir. Bütün uyğun prosedurlar qəbul olunan zaman effekt yaxşı ola bilər. Həm də bunu vaxtında ləğv etmək lazımdır”.

Rasif Bağırov bildirir ki, yalnız dövlət tərəfindən də tətbiq olunan karantinlə yoluxma sayını azaltmaq mümkün deyil:

“İnsanlar da onlara tövsiyə olunan qaydalara əməl etməlidirlər. Əməl etməsələr, tətbiq olunan qaydalarla xəstəliyə qalib gəlmək çətin olar”.

Xatirə Nəsirova
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.