Badamdar yamacında sürüşmə belə dayandırılacaq - VIDEO

23-06-2020, 08:13           
Badamdar yamacında sürüşmə belə dayandırılacaq - VIDEO
Badamdarda sürüşmənin qarşısını almaq üçün layihənin icrasına başlanılıb.

Teref.az “Xəzər Xəbərt”ə istinadən xəbər verir ki, yamacda terrasların salınması ilə sürüşmənin qarşısının alınması planlanır.

Uzun müddətdir Badamdar yamacında Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssislərinin iştirakı ilə tədqiqat işləri aparılıb. Tədqiqatlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin və Yaponiya şirkətlərinin mütəxəssisləri iştirak ediblər. Yerli mütəxəsislərlə birlikdə Yaponiya şirkətləri tərəfindən də bu yamacın problemlərini birdəfəlik həll etmək üçün kompleks tədbirlər layihəsi işlənilib.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynlinin sözlərinə görə, burda əsas məqsəd yamacın stabiliyini təmin etməkdir. Quyularla suyun yamacdan kənarlaşdırılması ilə yanaşı yamacın beton sədlərlə bərkidilməsi də nəzərdə tutulur.

Tikintini yerli şirkətlər həyata keçirir. Yollar bağlı olduğuna görə yapon mütəxəssislər bu işlərə onlayn şəkildə nəzarət edirlər. Ümumi işlərin ilin sonuna yekunlaşması planlanır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.