Yaponlardan koronavirus araşdırmaları ilə bağlı MÜHÜM YENİLİK
23-06-2020, 16:47
Yapon rəsmiləri dünyanın ən sürətli super kompüteri olan "Fugaku"nun koronavirus araşdırmalarına başladığını açıqlayıb.
Sonxeber.az xəbər verir ki, kompüter ofis yerlərində və insanların çox olduğu qatarlarda hissəciklərin necə yayıldığını anlamaq üçün simulyasiya üzərində işləyir.
Gələn il kompüterin tam gücü ilə işləməyə başlaması ilə virusun effektiv müalicə üsullarına diqqət yetiriləcəyi bildirilib.
Ötən həftə "Fugaku, ABŞ-ın "Summit" kompüterinin emal gücünü 2,8 dəfə üstələyərək dünyanın ən sürətli super kompüteri olub.
"Fugaku" digər tərəfdən, bu sahədə Çin-ABŞ hökmranlığını pozaraq və 11 il sonra Yaponiyanı birinci yerə çıxarıb.
Otaq böyüklüyündə olan kompüter Yaponiyanın "Fujitsu" texnologiya şirkəti və dövlət tərəfindən maliyyələşdirilən Riken İnstitutunu tərəfindən 6 il müddətinə hazırlanıb.
Fukagu Yapon dilində Fuji dağının başqa bir adıdır.
Fugakunun saniyədə 415 kvadrilyon emal gücündə performansı 415.53 petaflops olaraq ölçülüb.
Tennessi ştatındakı "Oak Ridge" Laboratoriyasında quraşdırılmış "Summit"in emal gücü isə 148,6 petaflopdur.
Bir petaflop saniyədə dörd kvilyon emal gücünü təmsil edir.
Adi kompüterdən 1000 qat daha sürətli olan kompüterlərə super kompüterlər deyilir. IBM şirkətinə məxsus digər sürətli super kompüterlər siyahısında üçüncü yeri tutsa da,
Çin kompüterləri dördüncü və beşinci sıradadır.
"Fugaku"nun Graph500, HPCG və HPL-AI siyahılarında da birinci olduğu bildirilib.