Kür çayında suyun səviyyəsi azalır - Mütəxəssislər səbəbləri açıqladı

24-06-2020, 00:11           
Kür çayında suyun səviyyəsi azalır - Mütəxəssislər səbəbləri açıqladı
Son vaxtlar Kür çayının aşağı axınında suyun səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Hətta iyun ayında çayda suyun səviyyəsində kəskin şəkildə azalma qeydə alınıb. Bu məqamları nəzərə alaraq AMEA Coğrafiya institutu tərəfindən Kür çayının aşağı axınında yaranmış su probleminin səbəbləri araşdırılıb. İnstitutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyir ki, Kürdə azalmanın bir neçə səbəbi var. Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi , Kür çayının bu hissəsində asılı materialların kəskin azalması, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiri və digər yad təsirlər nəticəsində suyun səviyyəsində azalma müşahidə edilir.Alim hesab edir ki, Kür suyundan ən çox suvarma məqsədilə istifadə olunur. Ona görə də alternativ yolllar düşünülməlidir.

Mirnuh İsmayılov - AMEA Coğrafiya institunun şöbə müdiri

Yonca yem bitkiləri əkirlər bu külli miqdarda su tələb edir nə edə bilərik müəyyən qaydalar var bizim Kür ekosistemimizdə elə bitkilər varki onlardan yem kimi istifadə etmək olar.yağlı tikan dəvə tikandı adi halda heyvan yeyə bilməz toz halında müəyyən qatışıqlar əlavə etməklə biz ekossitemin bu üstünlüyündən istifadə edə bilərik

atv.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.