Bakı sakinləri zibillikdən şikayət edir, İcra Hakimiyyəti isə – VİDEO

24-06-2020, 17:15           
Bakı sakinləri zibillikdən şikayət edir, İcra Hakimiyyəti isə  – VİDEO
Binəqədi sakinləri zibillikdən şikayətçidir. Teref.az bildirir ki, bu barədə oxu.az-a rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 63F ünvanında yaşayanlardan biri məlumat verib. Sakinin sözlərinə görə, əraziyə kənardan ağac qırıntıları, taxta və əlavə məişət tullantıları atılır:

“Ərazidə təmizlik işləri aparılmır. İsti yay günlərində üfunətdən küçəyə çıxmaq olmur. Ötən dəfə təmizləyib getmişdilər. Lakin zibilliyin əlverişsiz yerdə olması ətrafda yaşayan sakinlərin bura inşaat materialları və digər tullantıları atmasına səbəb olur. Hər gün gördüyünüz vəziyyət hökm sürür”.

Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyətindən bildiriblər ki, vətəndaşın şikayəti tamamilə əsassızdır: “Məsələ ilə bağlı bildirmək istəyirik ki, sakinlərin istifadəsində olan zibil meydançası uzun illərdir həmin ərazidə yerləşir. Bununla yanaşı, qeyd edilən ərazidə vətəndaşlar tərəfindən atılan məişət tullantıları öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq mütəmadi olaraq təmizlənir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru