“Şuşanın baş planı hazır olmayınca heç kəsə torpaq verilməsin!..”

10-07-2020, 12:53           
“Şuşanın baş planı hazır olmayınca heç kəsə torpaq verilməsin!..”
“Bəs bizim – güclü orduya, güclü iqtisadiyyata malik Azərbaycanın Qarabağı azad etmək üçün 26 illik planları nədən baş tutmayıb ki?..”
“Şuşanın baş planı 1750-ci ildə Qarabağ xanı Pənah xan Cavanşirin təşəbbüsü ilə hazırlanıb. Və ermənilərin bu planı dəyişməsi üçün Şuşanın 17 qədim məhəlləsi tamamilə dağıdılmalıdır…”

Azərbaycan Respublikasının 30 ilə yaxındır işğal altında qalan 20 faizində qondarılmış separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyan Xankəndidə Şuşa şəhərimizin faktiki meri Erik Arutyunyanı qəbul edib.

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, görüş zamanı 29-cu ildir ki, işğal altında qalan Şuşada sülənən ermənilərin iqtisadi-sosial problemləri müzakirə olunub.



“Şuşanın inkişafı hökumətimizin əsas prioritetlərindəndir” vurğulayan A.Arutyunyan quraq havalarla əlaqədar şəhərin su problemindən də bəhs edib. Separatçı rəhbər şəhərə yeni su kəmərinin çəkilişi üçün 25 milyon dram ayrıldığını bildirib.

Azərbaycanın Şuşa şəhərində ermənilərin daha sıx məskunlaşması üçün mənzil problemlərinin həlli üçün də işlər görüləcəyini söyləyən A.Arutyunyan şəhərin mərkəzində torpaq satışının dayandırıldığını da bəyan edib.

“Şuşanın baş planı hazırlanmayınca heç kəsə mərkəzdə heç kəsə torpaq verilməsin!”- qondarma rejim başçısı belə deyib.

Qeyd edək ki, hələ 2007-ci ildə rəhbəri Seda Yaqubyan adlı erməni qadın olan «SEMA Associates» Amerika şirkəti tərəfindən Şuşanın baş planının hazırlanması haqda informasiyalar yayılmışdı…

P.S. Xatırladaq ki, Şuşanın baş planı 1750-ci ildə Qarabağ xanı Pənah xan Cavanşirin təşəbbüsü ilə hazırlanıb. Və ermənilərin bu planı dəyişməsi üçün Şuşanın 17 qədim məhəlləsi tamamilə dağıdılmalıdır…

P.P.S. Bəs bizim – güclü orduya, güclü iqtisadiyyata malik müstəqil(!) Azərbaycan Respublikasının Qarabağı, o cümlədən Şuşanı azad etmək üçün 26 illik planları nədən baş tutmayıb ki, düşmən də bu gün qədim şəhərimizin – musiqi, poeziya, incəsənət beşiyimizin, cənnət guşəmizin baş planını hazırlayır?..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.