Qadınların idarə etdiyi ölkələrdə ŞOK KORONAVİRUS GERÇƏYİ: 6 qat fərqlənir
22-07-2020, 10:20
Qadınların lider olduğu ölkələrdə koronavirusdan ölüm faizi digər ölkələrə nisbətən 6 qat daha aşağıdır.
Publika.az xəbər verir ki, irlandiyalı araşdırmaçılar bu qənaətdədir.
10-u qadınlar tərəfindən idarə edilən 35 ölkənin koronavirus bilgilərini analiz edən “Trinity College Dublin”in elm adamları bu ölkələrdə aparılan siyasətdə iqtisadiyyatdan daha çox ictimai sağlamlığa əhəmiyyət verildiyi, buna görə də kişi liderlərin idarə etdiyi ölkələrə nisbətən 6 qat daha az ölüm yaşandığı nəticəsini əldə edib.
Araşdırma aparılan və qadınların idarəçiliyi hökm sürən ölkələr siyahısına Almaniya, Finlandiya, Yeni Zelandiya, Danimarka, Estoniya, Belçika, Norveç, Tayvan, Yunanıstan və İslandiya daxildir.
Kişilərin lider olduğu 25 ölkə isə bunlardır: Avstraliya, Avstriya, Braziliya, Kanada, Çin, Xorvatiya, Çexiya, Ekvador, Fransa, İrlandiya, Yaponiya, Latviya, Lüksemburq, Meksika, Niderland, İsrail, İtaliya, İspaniya, İsveç, İsveçrə, Rusiya, Rumıniya, Cənubi Koreya, İngiltərə və ABŞ. Bu ölkələrdə qadınların iqtidar olduğu dövlətlərdən koronavirus səbəbilə ölüm 6 qat daha çoxdur.
Bununla yanaşı, 1 milyon nəfərə düşən ortalama ölüm faizi qadın liderlərin ölkələrində 4,8, kişilərdə isə 21 faizdir. Bu durum isə qadınların idarə etdiyi siyasətin 4,3 qat daha uğurlu olduğu mənasına gəlir.
Araşdırmaçılar qadın liderlərin daha sürətli karantin rejimi elan etdiklərini, buna səbəb olaraq iqtisadi gəlirlərdən daha çox xalqın sağlamlığını üstün tutduqlarını vurğulayıb.