Marketlərdə endirim kağızının altındakı qiymət nəyi göstərir? – Şirkətdən AÇIQLAMA
23-07-2020, 13:15
Marketlərdə endirim kağızının altındakı qiymət nəyi göstərir?
Sosial şəbəkələrdə supermarketlərdən birində məhsulun endirimdən sonrakı qiymətinin əvvəlki qiyməti ilə eyni olması barədə iddialar və bunu əks etdirən görüntülər yayılıb.
Məsələ ilə bağlı sözügedən məhsulun istehsalçısı “Aqrovest” şirkətinin supervayzeri Əsgərov Ülvi Yeniavaz.com-a açıqlama verib və bildirib ki, reklam xarakterli endirim bukletinin altındakı qiymət, məhsulun endirimdən sonrakı hazırkı qiymətidir. O, məsələni belə izah edib:
“O məhsulun bazar qiyməti 1,68-1,98 azn arasında dəyişir. Bütün şirkətlər bazarda tövsiyə rəf qiyməti ilə işləyir. Yəni əvvəlcədən marketlərə bildirilir ki, bu məhsul 1,68-1,98 azn aralığında tövsiyə olunur. “Rahat” marketlər şəbəkəsinin filialında kadrlar çəkilən zaman bu məhsul endirim aksiyasına düşüb və qiyməti 1,68 azn-dən 1,49 azn-ə enib. Endirim kağızının altındakı qiymət isə onun hazırkı qiymətidir. Vətəndaş onun tarixinə baxsa görəcəkdi ki, qiymətin dəyişdirilməsi yenidir. Yəni üstdəki endirimin göstərilməsi üçündür, onun arxasındakı qiymət isə endirimdən sonra hazırkı qiymətdir. Hazırkı qiymətin orada olma səbəbi isə budur ki, üstdəki reklam xarakterli endirim kağızı hər hansı bir səbəbdən düşərsə, itərsə və ya yararsız hala gələrsə, müştəri məhsulun qiymətinin 1,98 azn olduğunu zənn etməsin”.
Sözügedən kadrları təqdim edirik: