Xarici vətəndaşlar Azərbaycan banklarından pullarını çəkirlər - ANTİ-REKORD

24-07-2020, 19:49           
Xarici vətəndaşlar Azərbaycan banklarından pullarını çəkirlər
Azərbaycanda qeyri-rezident fiziki şəxslər banklardakı depozitlərinin çəkməkdədirlər.

Teref.az Banker.az-a istinadən xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankından 1 iyul 2020-ci il tarixi üzrə daxil olan məlumatda deyilir.

Hesabat dövrünə qeyri-rezidentlərin əmanətlərinin həcmi 354.96 mln. manat olub. Bu son bir ayda 1% azalma olsa da, illik müqayisədə 29.3% azalma deməkdir.

Ümumən keçmişdəki göstəricilərə nəzər salsaq 2011-ci ildən bu tərəfə bu ən aşağı göstəricidir.

Qeyd edək ki, fiziki şəxs olan qeyri-rezidentlərin ən böyük göstəricisi 1 milyard 233.1 milyon manatla 2016-cı ilin dekabrında qeydə alınmışdı.

Əsas azalma cari ilin martından başlayaraq davam etməkdədir. Məsələn, fevralda öncəki ayla müqayisədə 46.9% artımla 621.29 mln. manata çatdırmışdı. Martdan sonrakı aylarda ardıcıl olaraq 26.4% və 18.7% azalma müşahidə edilmişdi.

Qeyri-reidentlərin depozitlərinin 102.4 mln. manatı milli, 252.5 mln. manatı isə xarici valyutda olanlar təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru