Peskovun qızı karantində Fransaya necə gedib? – SƏBƏBİNİ AÇIQLADI

25-07-2020, 15:28           
Peskovun qızı karantində Fransaya necə gedib? – SƏBƏBİNİ AÇIQLADI
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova Fransada istirahət edir. Sosial şəbəkələrin izləyicilərində bir sual yaranıb: Rusiya ilə Avropa Birliyi arasındakı sərhədlər bağlıdırsa, o, Fransa ərazisinə necə girib?

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

Mənbə bildirir ki, Peskovanın sözlərinə görə, Parisə müntəzəm planlaşdırılan uçuşla çatıb. Eyni zamanda o, ikili vətəndaşlığı olmadığını deyib.

İnstagram hesabında Peskova tələbələr üçün yaşayış icazəsi aldığını da bildirib.

Onun sözlərinə görə, bu sənəd Avropa Birliyi ilə sərhədi keçməyə imkan verir.

Bundan əvvəl İctimai Xəbərlər Xidməti Rusiyanın Böyük Britaniya, Türkiyə və Tanzaniyaya müntəzəm və çarter reyslərini bərpa edəcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru