Koronavirusa təkrar yoluxma haqqında sensasion məlumat TƏKZİB OLUNUB

25-07-2020, 20:59           
Koronavirusa təkrar yoluxma haqqında sensasion məlumat
Xəbər verdiyimiz kimi, Rusiyanın Vladimir vilayətinin qubernatoru Vladimir Sipyagin "VKontakte" səhifəsində canlı yayımında sensasion açıqlama verib.

Sipyaginin sözlərinə görə, Vladimir vilayətində xəstəxanalardan birində işləyən həkim 2 ay ərzində koronavirus infeksiyasına ikinci dəfə yoluxub.

İndiyə kimi koronavirusun təkrar yoluxması haqqında məlumatlar qeydə alınmayıb. Bir neçə dəfə belə məlumatlar yayılsa da yoxlandıqdan sonra məlum olurdu ki, bunun səbəbi keyfiyyətsiz testlərdir.

Teref.Az saglamolun.com-a istinadən bildirir ki, Sipyaginin çıxışından bir neçə saat sonra vilayət administrasiyasının press-xidməti məlumatı təkzib edib.

Press-xidməti bildirib ki, adi etik səbəblərə görə açıqlanmayan həkim birinci dəfə pnevmoniya keçirib. Bu zaman onda koronavirus testi mənfi idi. 2-ci dəfə isə həkim həqiqətən koronavirus infeksiyasına yoluxdu və bu da testlə təsdiq olunmuşdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru